Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib
21.09.2026 [19:34]
Azərbaycanda məhkəmə ekspertizası sahəsində istifadə olunan elmi materialların sistemləşdirilməsi və fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib.
Ədliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Məhkəmə Ekspertizasının Metodik Fondu ekspert tədqiqatlarının əsasını təşkil edən elmi-metodik materiallardan ibarət məlumat bazasıdır. Fondun əsas məqsədi məhkəmə ekspertlərinin, ekspertizanı təyin edən orqan və şəxslərin, iş üzrə digər tərəflərin və özəl məhkəmə ekspertlərinin müvafiq elmi-metodik materiallara əlçatanlığını təmin etməkdir. Metodik Fond Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır və idarə olunur.
O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertizasının Metodik Fondunun yaradılması və istifadəsi Qaydaları” ilə tənzimlənir.
Metodik Fond Ədliyyə Nazirliyinin (www.justice.gov.az), eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi internet səhifələrində (www.expert.gov.az) yerləşdirilib və istifadəyə açıqdır.
Fondun məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələri, habelə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər, eləcə də özəl məhkəmə ekspertləri tərəfindən təqdim edilən məlumatlar əsasında formalaşdırılır.
Məlumat bazasında hər bir elmi-metodik material barədə əsas məlumatlar, o cümlədən elmi-metodik materialın adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, müəllifin və ya müəlliflərin adı, soyadı və atasının adı, yaxud materialı təqdim edən idarə, müəssisə və ya təşkilatın adı və hüquqi ünvanı, materialın nəşr olunduğu il və yer, elmi-metodik materialın tam mətni, materialın Fonda daxil edildiyi tarix və qeydiyyat nömrəsi ilə bağlı digər məlumatlar yer alır.
Metodik Fond məhkəmə ekspertizası sahəsində elmi və metodik məlumatların vahid bazada toplanmasına, sistemləşdirilməsinə və onlardan səmərəli istifadə imkanlarının yaradılmasına xidmət edir. Həmçinin nadir tapılan metodik materialların Fondda sistemləşdirilməsi bu sahədə tədqiqat aparan elmi işçilər üçün faydalı məlumat mənbəyi yaradır.
Məhkəmə Ekspertizasının Metodik Fondu ilə linkə keçid edərək tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

