Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransanın dövlət borcu rekord həddə çata bilər

Fransanın dövlət borcu rekord həddə çata bilər

21.09.2026 [20:58]

Fransanın dövlət borcu rekord həddə çatacağı gözlənilir. Hökumət bu il büdcə kəsirini azaltmağa nail ola bilmir, borc yükü də artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu il dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 119,3 faizə çatacaq.

İqtisadiyyat və Maliyyə Nazirliyinin proqnozlarına görə, gələn il bu göstərici ÜDM-in 121,7 faizini təşkil edəcək. Bu, milli statistika agentliyi "Insee"nin 1995-ci ildən etibarən ölçmələr aparmağa başladığı dövrdən bəri borc yükünün ən yüksək səviyyəsidir.

"Nu.nl" portalı yazır ki, borc yükü Avropa İttifaqı çərçivəsində razılaşdırılmış yuxarı həddən təxminən iki dəfə çoxdur. Ölkə büdcə razılaşmalarını pozduğu üçün artıq iki ildir Brüsselin nəzarəti altındadır.

Bu il büdcə kəsirinin ÜDM-in 5,4 faizinə yüksələcəyi gözlənilir. Gələn il bu göstərici 5 faizə qədər azalacaq, lakin bu, Avropada icazə verilən maksimum 3 faizlik səviyyədən yenə də yüksək olacaq.

Fransa dövlət borcunun həcminə görə Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü yerdədir.

Baş nazir Sebastyən Lökornü bu həftə 2027-ci il büdcəsində 54 milyard avro həcmində düzəliş və ixtisarların həyata keçirilməsini nəzərdə tutan təklifləri açıqlayıb. Bununla belə, o, pensiyalar kimi həssas məsələlərlə bağlı qərarları parlamentin mülahizəsinə buraxır. Qənaət tədbirləri ilə bağlı razılaşmaların əldə olunması çətin ola bilər, çünki gələn il keçiriləcək seçkilər ərəfəsində müxalifət partiyalarının bu tədbirlərə maraq göstərməyəcəyi ehtimal olunur.

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30