Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
21.09.2026 [13:34]
Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat bu ölkədəki Azərbaycan diaspora nümayəndələrinin sosial şəbəkələrində yayımlamasından dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, “məhsulun” istehsalı və eyni zamanda, satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezarı Popiel ilə əlaqə saxlanılıb və məsələ ilə bağlı Azərbaycanın kəskin etirazı bildirilib. Qarşı tərəf məsələ barədə sosial şəbəkələr vasitəsilə məlumatlı olduğunu və yol verilmiş yanlışlıqla bağlı üzrxahlığını bildirərək, qeyd olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edildiyini vurğulayıb.
Səfirliyin təklifinə əsasən Çezare Popiel diplomatik nümayəndiliyi yazılı şəkildə də məlumatlandırıb. Məktubda bildirilib ki, “təsvirin” çap materiallarında istifadəsi məqsədyönlü və ya qəsdən həyata keçirilməyib, çapın hazırlanma mərhələsində “insan amili” nəticəsində baş verib. Məktubda, həmçinin çap məhsulunun satışının tam dayandırıldığı, anbarda olan və müştərilərdən qaytarılmış bütün nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyi, eləcə də gələcək çap materiallarında həmin “təsvirin” istifadəsinin qarşısının alınması məqsədilə müvafiq düzəlişlərin edildiyi bildirilib. Çezare Popiel səfirliyə göndərdiyi məktubda Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.
Azərbaycanın Polşadakı səfirliyi yuxarıda göstərilən təxribatı aşkarlayan, sosial şəbəkələrdə məsələyə hər iki ölkə ictimaiyyətinin diqqətini cəlb edən və müvafiq ünvanlara müraciətlər ünvanlayan Azərbaycan diaspora nümayəndələrinə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

