Milli kimliyin təməl sütunu
21.09.2026 [12:37]
Dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir. 1990-cı illərin əvvəllərində ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi Azərbaycanın həmin ərazilər üzərində daxili suverenliyini məhdudlaşdırdı. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etməklə tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrın 19-da birgünlük antiteror əməliyyatı zamanı isə torpaqlarımızdakı erməni silahlı birləşmələri Azərbaycan torpaqlarından birəfəlik təmizləndi. Suverenliyimiz bərpa olundu.
Məhz Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu günün ideoloji əhəmiyyətini daha da artırdı. Dövlət başçısının kontekstində suverenlik sadəcə hərbi uğur deyil, həm də iqtisadi müstəqillik, effektiv daxili idarəetmə, xarici siyasətdə sərbəstlik və xalqın legitim dəstəyidir. Bu anlayış geniş mənada aşağıdakı fundamental istiqamətləri əhatə edir: “Siyasi və hüquqi müstəqillik, iqtisadi təhlükəsizlik, xalqın etibarı, diplomatik nüfuz, mədəni və ideoloji suverenlik, eləcə də tarixi ədalətin bərpası”.
Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir. Dövlət suverenliyinin iqtisadi əsaslarını onun ərazisi, təbii və mədəni sərvətləri, siyasi əsasını isə sabit, bərqərar olmuş dövlət və onun institutlaşmış dövlət idarəçiliyi mexanizmləri təşkil edir. Suverenliyin hüquqi əsasında isə dövlətin konstitusiyası və digər hüquqi-normativ aktları, eləcə də dövlətlərin bərabərliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suveren hüquqlarına müdaxilənin yolverilməzliyi hüququnu təsbit edən beynəlxalq hüququn qəbul edilmiş prinsipləri dayanır. Azərbaycan, həm klassik dövlətçilik əlamətlərinin daşıyıcısı olan bir dövlət olaraq, səlahiyyətlərini müstəqil şəkildə yerinə yetirən hakimiyyətə malikdir, həm də müasir dövrün münasibətlər sisteminin mahiyyətinə uyğun olaraq, dövlət suverenliyinin reallığını özünün ən ali məqsədi hesab edir.
Suverən dövlət heç kimdən asılı deyil. O, öz milli maraqlarına söykənən siyasətlə xalqın iradəsini əlində rəhbər tutaraq inkişaf etmək modelidir. Suverenlik xalqlara öz gələcəklərini müstəqil müəyyən etməyə imkan verir və bu da öz müqəddəratını təyinetmənin güclü simvoludur. Ölkə başçımız “Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütöv¬lüyü¬müz, suverenliyimiz xalqımızın milli sərvətidir” ifadəsini işlətməklə Azərbaycan üçün suverenliyin və ərazi bütövlüyünün vacibliyini bir daha vurğulamışdır.
Mətanət Səfərli
YAP Nəsimi rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

