Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Argentinada “Qəzəb yürüşü”

Argentinada “Qəzəb yürüşü”

20.09.2026 [19:21]

Argentina paytaxtında hökumət əleyhinə etiraz aksiyasında minlərlə insan iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Qəzəb yürüşü" adlandırılan aksiyada solçu partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının, tələbə birliklərinin və həmkarlar ittifaqlarının nümayəndələri Konqres binasından prezident sarayının qarşısındakı meydana doğru yürüş edib.

Meydanda yürüşün yekun sənədi oxunub. Sənəddə etirazçıların açıq-aşkar bərabərsizlik, özbaşınalıq və mütəşəkkil yalanlar qarşısında yaranan dərin qəzəbi ifadə etmək üçün gəldikləri bildirilib.

Yürüş iştirakçıları Argentina prezidenti Xavyer Miley hökumətinin siyasətini tənqid edən plakatlar daşıyıblar.

Argentinada inflyasiyanın yüksəlməsi fonunda iqtisadiyyat getdikcə zəifləyib. İkinci rübdə ÜDM birinci rüblə müqayisədə 0,6%, ümumi kapital yığımı isə illik müqayisədə 11,1% azalıb.

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30