Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb

Qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb

18.09.2026 [16:30]

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının IX konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov hesabat məruzəsi ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasi xəttin uğurlu nəticələrindən danışıb. Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqillik tarixində müstəsna rolu xüsusi vurğulanıb.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlər əldə etdiyini deyib. Hazırda Azərbaycanın regionun lider ölkəsi olmaqla, dünya arenasında müstəqil siyasət yürüdən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanın ərazi bütövlüyünün və mütləq suverenliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb. O, qalib Azərbaycanın regionda yeni reallıqlar yaratdığını deyib.  Əldə olunan tarixi nailiyyətlərin Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olduğu diqqətə çatdırılıb.

Daha sonra “Təhsil” ərazi partiya təşkilatının sədri Anar Osmanov, “Səhiyyə” ərazi partiya təşkilatının sədri Günay Muradova, “Mədəniyyət” ərazi partiya təşkilatının sədr müavini Cahangir Ağaməmmədov, “Gənclər” ərazi partiya təşkilatının sədri Əlibaba Məlikli, Şəhid,Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev, “Toxumçuluq” ərazi partiya təşkilatının sədri Atabəy Cahangirov çıxış ediblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev çıxışında Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasi mövqeyindən, eləcə də dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolundan bəhs edib.

Konfransda YAP Qobustan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30