Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb

18.09.2026 [11:55]

Naxçıvan Dövlət Milli Dram Teatrında qadın sahibkarlığının inkişafına həsr olunan “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilir.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi qadın sahibkarlığının inkişafına dəstək vermək, dövlət dəstəyi və yeni imkanları müzakirə etmək, innovasiya, aqrobiznes, rəqəmsal sahibkarlıq və dayanıqlı inkişaf sahələrində əməkdaşlığı gücləndirməkdir.

Forum çərçivəsində rəsmi çıxışlar olacaq, qadın sahibkarlığı, dövlət dəstəyi, yeni biznes imkanları, innovasiya, aqrobiznes, rəqəmsal sahibkarlıq, dayanıqlı inkişaf və gənclərin rolu istiqamətlərində panel müzakirələri təşkil ediləcək.

Qeyd edək ki, “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Naxçıvan Muxtar Respublikası üzrə regional koordinatorluğu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə tərəfdaşlığı ilə keçirilir.

Müxbir- Nail Əsgərov

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30