Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2023-cü ildən bəri ilk dəfə...

2023-cü ildən bəri ilk dəfə...

19.09.2026 [09:41]

ABŞ Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) sentyabrın 16-da verdiyi qərarla, uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75-4 faiz diapazonuna çatdırıb. Qərar inflyasiyanı cilovlamaq məqsədilə verilib və qiymət indeksinin 2 faizlik hədəfə endirilməsinə dəstək üçün inzibati təsir göstərəcəyi düşünülür. FES-in proqnozlarına görə, uçot dərəcəsi cari ilin sonunadək daha bir dəfə artırıla və təxminən 4,1 faizə çatdırıla bilər.

Uçot dərəcəsinə dair yeni qərar FES-in 2023-cü ildən bəri ilk dəfə artım siyasətinə getdiyini göstərir. Belə ki, qurum son 3 ildə pul siyasətini əsasən aşağı stavka və ya sabit dərəcədə saxlayırdı. Sonuncu dəfə 2026-cı il iyunun 17-də keçirilən iclasda verilən qərara əsasən, faiz dərəcəsi 3,50- 3,75 aralığında sabit saxlanılıb. Yəni, FES sabit uçot siyasətinin davam etdirilməsini məqsəduyğun hesab edərək mövcud stavkanı məqbul sayıb. FES sədri Kevin Uorşun ilk mesajlarından belə aydın olur ki, ABŞ-da inflyasiya hələ də yüksək səviyyədə qalır və hazırda qlobal bazarda enerji qiymətlərinin yüksək qalması inflyasiyanı daha da artıracaq. Xüsusilə də, yeni neft şokunun yaşanması mal və xidmətlərin dəyərini kəskin bahalaşdırmaqla inflyasiyanın hərarətini artıracaq. Ona görə də, anti-inflyasiya səddi çəkmək üçün sərt pul siyasətinə keçmək zəruridir.

Tramp qərara sərt reaksiya verib

FES-in bu qərarı yeni sədr Kevin Uorşun rəhbərliyi altında qəbul edilən ilk artım addımı sayılır. Çoxları əvvəlki FES sədri Jerome Poveli iqtidarın kadrı olmadığını və faiz siyasətində administrasiyanın tələblərini icra etməyən maliyyəçi kimi tanısa da, Trampın kadrı hesab edilən Uorşun bu mövqeyi təəccüblə qarşılanıb. Yeni FES sədrinin faiz siyasətində administrasiyanın təşəbbüslərinə dəstək verərək daha mülayim pul siyasəti yürüdəcəyini düşünənlər də heyrət içindədir. Prezident Donald Trampın reaksiyası isə daha sərt olub. O, Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmaq qərarını yanlış hesab edərək, faizlərin dərhal aşağı salınmasını tələb edib. Tramp hesab edir ki, faiz dərəcələri 1 və daha aşağı səviyyədə olmalıdır.

ABŞ Prezidenti yüksək faiz dərəcələrinin ölkəni digər dünya iqtisadiyyatları ilə müqayisədə rəqabət baxımından əlverişsiz vəziyyətə saldığını bildirib: “Dünyanın demək olar ki, hər bir ölkəsini biz “belimizdə daşıyırıq” və bu, artıq belə davam edə bilməz”.

Ancaq ABŞ iqtisadçılarının böyük qismi Kevin Uorşun faiz dərəcələrini artırmasını normal hesab edərək qərarı ölkədəki iqtisadi vəziyyətdən qaynaqlandığını düşünür. Onların fikrincə, FES sədri düzgün addım atıb və ölkədə inflyasiya və iqtisadi artım perspektivləri ilə bağlı vəziyyət bu qərarın verilməsinə səbəb olub.

FES-in addımı maliyyə bazarlarında gərginliyi artırıb

Faiz qərarı ilə bağlı FES heyətində müəyyən fikir ayrılıqları da yaşanıb. Əksər üzvlər faizin sabit saxlanmasına və ya artırılmasına səs versə də, bəzi bank nümayəndəsi faizlərin endirilməsini təklif edib. Həmin şəxslərin kriptobazarın fəal dəstəkçisi olduğu istisna edilmir, çünki aşağı faizlər dəhlizi investisiya və fond bazarlarında kriptovalyutanı, əsasən də bitkoini bahalaşdıra bilər. Hazırda bu bazarda durğunluq hökm sürür ki, investorlar mövcud mühitdən narahatdırlar. Xüsusilə də Trampa yaxın biznes icması aşağı faiz dərəcəsi şəraitində virtual bazarın aktivləşməsinə çalışır.

Maraqlı odur ki, faiz dərəcələrinin artımı fonunda fond indekslərinin ucuzlaşacağını gözləyənlərin təsəvvürlərinin əksinə olaraq, rəqəmsal alətlərdə cüzi bahalaşma baş verib. Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunub, “CoinMarketCap” platformasında “Bitcoin” 0,76 faiz bahalaşaraq 76 min dolları ötüb.

Ancaq ekspertlər bunu da süni spekulyasiya hesab edirlər və bir müddət rəqəmsal pulların və metalların bahalaşmayacağını düşünürlər. Onlar hesab edirlər ki, aşağı faiz dəhlizi maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin edərək, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdırır. Ancaq  indiki artım faizləri fonunda fond bazarı alətlərinin bahalaşacağını düşünməyə dəyməz.

Qlobal investorlar gözləmə mövqeyindədir

ABŞ-ın uçot siyasəti qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, xüsusən də birjalarda virtual volatilliklərin baş verməsinə səbəb olur. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri artımlar nümayiş etdirir. FES-in yüksək faiz dərəcələri qlobal maliyyə və investisiya bazarını müəyyən qədər sıxır və səhmdarlar aktivlərə yüksək həcmlərdə kapital yatırmırlar.

Beləliklə, FES-in yuxarı diapazonlu uçot dərəcəsi qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsinə səbəb olacaq, investorların kapital daralması fonunda gözləmə mövqeyində durmasını şərtləndirəcək. ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kriptovalyuta yığımlarına transformasiyasını eyni səviyyədə saxlayacaq. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar  faiz dəhlizinin təsirləri fonunda investisiya alətlərinin dəyərini qoruyub saxlamağa üstünlük verəcək. Dünya iqtisadiyyatında qlobal müəyyənsizliyin artması səhmdarların digər sahələrə də sərmayələrini azaltmağa məcbur edəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30