BMT-nin müşahidəçi nümayəndələri necə gəldilər?
03.10.2023 [10:10]
Məlumat verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) müşahidəçi nümayəndələri Azərbaycan hakimiyyəti tərəfindən Laçın sərhəd-keçid məntəqəsinə buraxılıblar. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri hələlik Xankəndi-Laçın yolunda olublar və hələlik Laçın sərhəd-keçid məntəqəsinə baş çəkiblər. Erməni mətbuatı qeyd edir ki, sonuncu dəfə BMT missiyası orada təxminən 30 il əvvəl olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani bildirib ki, BMT strukturlarında Qarabağın erməni sakinlərinin bu əraziləri tərk edərək Ermənistana köçməsi ilə bağlı hər hansı mənfi münasibət faktı qeydə alınmayıb. O qeyd edib ki, ermənilərin Qarabağdan kütləvi şəkildə köçürülməsi istənilən halda ciddi humanitar problemdir, lakin azərbaycanlılar köçkünlərə qarşı aqressiya nümayiş etdirmirlər.
Gəlin, baxaq görək, Azərbaycan tərəfi ötən həftə aparılan diplomatik danışıqlardan sonra BMT-nin həmin nümayəndələrinin səfərini bölgəyə necə təşkil edib...
Prezident razılıq verdi
Qarabağ ərazisində məskunlaşmış erməni əhalisinin könüllü olaraq Ermənistana qayıtması prosesini uzaqdan izləyən dünyanın bəzi nüfuz dairələri prosesi yaxından müşahidə etmək üçün bölgəyə müstəqil müşahidəçilərin cəlb olunmasını tələb edirdilər. O cümlədən ABŞ-ın dövlət katibi Antoni Blinken, Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycan Prezidenti İlham Əliyevə telefon açaraq bu problemin həllinin sürətləndirilməsi yollarını müzakirə etmişdilər. Hər iki xarici dövlət rəsmisinin bildirdiyinə görə cənab İlham Əliyev Azərbaycan hakimiyyətinin BMT nümayəndələrinin Qarabağa səfərini təşkil etməyə hazır olduğunu söyləyib. Eyni zamanda ABŞ-ın dövlət rəsmiləri, onların tərəfdaşları və müttəfiqləri arasında Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı bölgədə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi üçün dəqiq bir mexanizmin işlənib hazırlanmasını da müzakirə etdiklərini bildirmişdilər. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə: “Biz bu mövzuda bölgədəki müttəfiqlərimiz və tərəfdaşlarımızla müzakirələr aparır, aydın bir mexanizmin yollarını araşdırırıq. Hər şey aydınlaşdıqdan sonra həmin mexanizm haqda ictimaiyyəti məlumatlandıracağıq” - deyə, bildirmişdi.
Həmin brifinqdə Dövlət katibi Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını xatırladaraq Qarabağda mülki şəxslərin qeyd-şərtsiz qorunması və onların sərbəst hərəkətinin təmin edilməsini önə çəkdiklərini bildirərək: “Cənab Əliyev köç zamanı hər hansı bir hərbi əməliyyatın olmayacağına, Qarabağa maneəsiz humanitar yardımın daxil olmasına, müşahidə missiyasının qəbul ediləcəyinə söz verdi və biz cənab prezidentin öz sözünü həmişəki kimi tutacağına inanırıq” - söyləmişdi.
Almaniya yardımını 5 milyona qaldıracaq
Bundan sonra çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbok Qarabağla bağlı açıqlama verdi. O, Azərbaycan dövləti tərəfindən bölgəyə müstəqil müşahidəçilərin qəbulunu, Azərbaycan tərəfin orada yaşayan etnik ermənilərin təhlükəsizliyinin təmin edilməsinə ciddi yanaşdığının göstəricisi adlandırdı. “Tərəfdaşlarımızla birlikdə ən qısa müddətdə müşahidəçilərin bölgəyə göndərilməsi üçün hər cür səy göstəririk” - deyə, nazir bildirmişdir.
Bundan sonra A. Berbok bölgədəki ermənilərin əsas ehtiyaclarının ciddi çatışmazlığını vurğulayaraq, Almaniyanın Beynəlxalq Qırmızı Xaç vasitəsi ilə verdiyi humanitar yardımı 2 milyondan 5 milyon avroya qədər artıracağını söyləmişdi. Bunun ardınca Azərbaycan Prezidentinin mətbuat xidməti Bakının “Yaxın gələcəkdə ölkədə akkreditə olunmuş BMT Rezident Koordinatorunun Azərbaycanın Qarabağ bölgəsinə səfərini təşkil etməyə hazır olduğunu” açıqladı. Mətbuat xidmətinin açıqlamasında cənab İlham Əliyevə istinad olunan yerində qeyd olunurdu ki, Qarabağdakı erməni əhalisinin hüquqlarının Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə uyğun təmin edilməsi üçün işlər aparılır.
Naxçıvan görüşündə heç bir sirr yoxdur
Eyni zamanda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə jurnalistlərə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Qarabağdakı vəziyyətlə bağlı fikirlərinin nəzərə alındığını da söyləmişdi.
Bu arada rəsmi Bakı, Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq reaksiyaya da cavab verməli idi. Söhbət Bakının Naxçıvandan Ermənistan ərazisi üzərindən nəqliyyat əlaqəsindən gedirdi. Həmin məsələ İlham Əliyevin bu yaxınlarda Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə edildi. Azərbaycan Prezidentinin Xarici Siyasət Məsləhətçisi Hikmət Hacıyev “Reuters”-ə əminliklə bildirdi ki: “Azərbaycanın heç kimin suveren ərazisində heç bir hərbi məqsədi və ya bu kimi vəzifəsi yoxdur. Bu cür fəaliyyətlər Azərbaycanın gündəmindən tamamilə kənardadır. Ermənistan üçün təklifimiz çox dinc bir şəkildə rabitə xətləri, nəqliyyat xətləri çəkməkdir”.
Hikmət Hacıyev bundan sonra Brüsseldəki danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa sammitində mümkün görüşü haqda da məlumat vermişdi.
Bütün bu yaxın tarixi xronoloji ardıcıllığın özü də hər cür məkrdən uzaq siyasət yeridən Azərbaycanın nə qədər haqlı, nə qədər sülhsevər, beynəlxalq ictimaiyyətə nə qədər açıq olduğunun göstəricisidir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52

