Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

16.08.2026 [19:45]

Bu il iyunun 1-dən avqustun 15-dək Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb, onlardan 11-i məhkəmə orqanlarının qərarı ilə həbs edilib.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Ədliyyə naziri xatırladıb ki, yayın əvvəlindən ölkənin 22 vilayətində 64 iri meşə yanğını qeydə alınıb.

“Qanunsuz hərəkətlər nəticəsində baş verdiyi ehtimal olunan meşə yanğınları ilə bağlı araşdırmaların nəticəsiz qalmasına imkan verməyəcəyik”, – deyə nazir bildirib.

Nazir meşə massivlərini “gələcək nəsillər üçün ən qiymətli sərvət” adlandıraraq, Türkiyənin “ağciyərləri”nin qorunması üçün sərt tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

Paylaş:
Baxılıb: 328 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30