Böyük Qayıdış hədəfinə doğru
13.02.2025 [10:14]
Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı şəkildə məskunlaşdırılması postmüharibə dönəmində qarşıda duran əsas məqsədlərimizdən biridir. Bu hədəfə çatmaq üçün adıcıl tədbirlər görülür və müvafiq qurumların koordinasiyalı fəaliyyəti təmin edilir. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.
Quruculuq və bərpa işləri geniş vüsət alıb
Müharibə başa çatandan sonra Ermənistan və işğalçı dövlətin havadarları dövriyyəyə məlumatlar buraxırdılar ki, guya Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasına gücü çatmayacaq və yaxud buna onilliklər lazım gələcək. Bəli, işğal dövründə erməni vandalları bu ərazilərdə hər şeyi dağıtmiş və talamışdılar. Ancaq dağıntıların miqyasının böyük olmasına baxmayaraq, qalib Azərbaycan bəhs olunan ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. Müharibədən çıxan ölkənin vaxt itirmədən öz gücünə tamamilə dağıdılmış ərazilərin bərpasına başlaması dünya tarixində bir ilkdir.
Yeni strateji mərhələdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. 2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib. Bəhs olunan Dövlət Proqramına uyğun olaraq ərazilərin minalardan təmizlənməsi, yeni infrastrukturun qurulması, yaşayış məntəqələrinin, tarixi abidələrin bərpası, istehsal müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. İclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib. Dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını və Böyük Qayıdış Proqramının icrasını şəxsi nəzarətində saxlayır. O, tarixi zəfərlərimizin baş memarı olduğu kimi, bərpa və yeidənqurma işlərinə də böyük həssaslıqla yanaşır, mütəmadi olaraq birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edərək müxtəlif layihələrin icrası ilə bağlı Özünün dəyərli tövsiyələrini verir. Qeyd edək ki, dövlətimizin başçısı postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərə 100 dəfədən çox səfər edib və hər səfər də yeni açılışlarla, təməlqoyma mərasimləri ilə əlamətdar olub.
Ötən il Şuşaya və Xocalıya ilk köçlərin baş tutması son dərəcə mühüm hadisələrdir. Bu iki yaşayış məntəqəsi bizim üçün müstəsna önəm daşıyır. Bütövlükdə, postmüharibə mərhələsində I Böyük Qayıdış Proqramı 10 minədək soydaşımızı əhatə edib. 2026-cı ilədək isə 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub. Hazırda işğaldan azad olunmuş ərazilərdə müxtəlif sahələrdə çalışan işçilər də nəzərə alınmaqla 40 minə yaxın insan yaşayır.
İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan layihələr bundan sonra da intensivliklə davam etdiriləcək . İclasda qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.
Köçürülən əhalinin məşğulluğunun təmin olunması
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın dayanıqlı olması üçün aparılan bərpa və quruculuq işləri ilə yanaşı, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində də zəruri işlərin görülür. Əlverişli iqlim mühitinə və coğrafi şəraitə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar, sənaye və turizm sahələrinin inkişafı baxımından böyük imkanların olduğu qeyd edilərək, məskunlaşma prosesi ilə paralel olaraq, istehsal və emal, ticarət, xidmət, sənaye müəssisələrinin qurulduğu, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradıldığı, dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirildiyi, vergi və gömrük güzəştlərinin, həmçinin digər stimullaşdırıcı mexanizmlərin tətbiq olunduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ümumilikdə, 400-dən çox müəssisə fəaliyyət göstərir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən sənaye parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən parkda görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan irimiqyaslı layihələrdən biridir. Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini 4 oktyabr 2021-ci il tarixində qoyub. 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkına, ümumilikdə, 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

