Dünya səviyyəli mətni necə tapaq?
18.04.2026 [08:57]
Hələ də intellektual cameəmizdə cavab axtarılan sualdır və “bəşəri mətnlər” kateqoriyasına dəxli yoxdur.
Ona görə də məhz “dünya səviyyəli mətnlər” anlayışının üstünlük verildiyi məsələdən danışaq. Nədir dünya səviyyəsi və dünyanın səviyyəsi? Dəniz səviyyəsi kimi sabit göstəriciləri var, yoxsa liberal-demokratiyanın iflası, faşizmin və güc üstünlüyünün parlaması onu da halbahal edir? Ədəbiyyata və Mədəniyyətə diktəetmələr dəniz kimi qabarıb-çəkildikcə onu daim təqib edən ideoloji, ictimai-siyasi, əsasən də, daş altında gizlənən, bəzən adına “yumşaq güc” deyilən sosial sifarişlər, görəsən, hansı “səviyyələri” müəyyənləşdirir? İş orasındadır ki, Ədəbiyyatın arxasında gizlənmək müvəqqəti xarakter daşıyır, mətn isə, ümumiyyətlə, heç nəyi gizlədə bilmir: ən qəliz şifrələri belə gec-tez açılır. Yaxşı ki, ümumilikdə, Ədəbiyyat dediyimiz nəsnə, dinindən, millətindən və irqindən asılı olmayaraq bütün gizli cildləri gec-tez ortaya qoymaq immunitetinə malikdir. O, bütün rəng və çalarları bircə cümlə, hətta bircə söz birləşməsi ilə ifadə edə, min il əvvələ qaytara və sözlə oraların “fotosunu çəkə” bilər...
Dünya demişkən, Cənubi Azərbaycandakı müasir yazıçı-şairlərimizi ətraflı tanımırıq. O tayda bir-iki fədakar naşir və tərcüməçi var, bu taydan ədəbiyyat nümunələri seçib əski əlifbada çap edir, Təbriz və Ərdəbildə, hətta Tehranda yayırlar. Durub bizim nəşriyyatlara desək ki, bəlkə, bir müasir cənub kitab seriyası hazırlayaq, obyektiv olaraq dərhal maddi məsələ ön plana çıxacaq. Halbuki, məncə, oradan, ana dilmizdə, müasir və dəyərli əsərlərin çıxacağı gün uzaqda deyil. Hələ başqa ölkələrdə yaşayıb başqa dillərdə yazan gənc müəlliflərimizi demirəm. Onları bizim “ədəbi proses” qətiyyən maraqlandırmır. Yaxşı ki...
Dünyaya cənubla bərabər çıxa bilərikmi? Bu, “Mədəniyyət - 2040” konsepsiyasında əsl müzakirə mövzusu ola bilər, dövrün çağırışıdır. Hər hansı bir uyğun platforma yaratmaq mümkündür. Bu gün olmasa, bəs nə vaxt olacaq? Harri Potteri oxuyaq, seriallara da baxaq, vaxt qalsa, edərik? Gec olacaq...
“Dünya səviyyəli” mətnlər bizdə də var, yaranır və yaranacaq. Böyük mətnlər özündən başlayan mətnlərdir. Kənara qaçmağa nə hacət? Görsələr də, özləri bilər, görməsələr də. Dünya sürətlə dəyişir: “səviyyəli” nə peyda olursa, səhəri gün səviyyəmizin qapısını döyür. Beləcə də, “dünya səviyyəli” işlər əmələ gəlir...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxGündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24

