Siyəzənin intensiv meyvə bağlarında daha çox badam və zeytun becərilir
18.02.2025 [23:48]
Siyəzən rayonunda intensiv meyvə bağlarının salınmasına maraq artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 275 hektara çatdırılıb. Bu bağların 150 hektarında badam, 90 hektarında zeytun əkilib. Bundan başqa, rayonda intensiv üsulla becərilən 4,6 hektar əncir, 6 hektar heyva, 2 hektar xurma, 0,5 hektar nar və 22 hektar giləmeyvə bağları var.
Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarılabilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. 2024-cü ildə rayonda 3 hektar badam, 1,25 hektar intensiv qoz bağı salınıb.
Ənənəvi bağlarla müqayisədə superintensiv bağlarda məhsuldarlıq daha yüksəkdir. Bu bağların dərmanlanması və suvarılması prosesi də daha asandır. Bu bağlardan əldə olunan məhsul keyfiyyətli və xarici bazarlarda rəqabətqabiliyyətli olduğu üçün daha çox gəlir gətirir. Buna görə də sahibkarlar yeni intensiv və superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar.
Digər tərəfdən intensiv tipli bağlar tez məhsul verməklə yanaşı, həm də xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Ən əsası isə həm xarici, həm də yerli bazarlarda intensiv bağların məhsulu olan meyvələrə tələbat yüksəkdir. Müasir tipli bağların suvarılmasında damlama suvarma sistemindən istifadə olunur. Bu isə suvarma suyuna qənaət etməklə yanaşı, işçi qüvvəsinin də işini xeyli asanlaşdırır.
Hazırda Siyəzən rayonunda, ümumilikdə, 946,3 hektar meyvə və üzüm bağı var.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

