Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Astanadan Trans-Xəzər marşrutuna çıxışı təmin edəcək avtomobil yolu çəkiləcək

Astanadan Trans-Xəzər marşrutuna çıxışı təmin edəcək avtomobil yolu çəkiləcək

14.03.2025 [16:22]

Qazaxıstan hökumətinə Astanadan Arkalıq, Turqay və İrqizdən keçməklə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna birbaşa çıxışı olan yolun tikintisinə başlamaq tapşırılıb.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Kurultayın iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb: “Yeni avtomobil yolu ölkənin mərkəzi və qərb rayonları arasında marşrutu 560 kilometr qısaldacaq. Bu, bütün Turqay bölgəsinin inkişafına təkan verəcək irimiqyaslı layihədir”.

Onun sözlərinə görə, Arkalıqda hava limanı bərpa olunmalı və yeni aeroport kompleksi tikilməlidir.

“Bütün bunlar təkcə ölkənin nəqliyyat əlaqələrini gücləndirməyəcək, həm də Mərkəzi Qazaxıstanda kənd təsərrüfatı sahələrinin və heyvandarlığın inkişafına töhfə verəcək”, -deyə Prezident əlavə edib.

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30