Müstəqil Azərbaycanın ən böyük maliyyə sənədi
19.09.2025 [10:14]
2026-cı ilin büdcə zərfi bütün hədəflər üçün əsaslı təminat yaradır
Məlum olduğu kimi 2026-cı ilin dövlət büdcəsi layihəsinin ilkin variantı hökumətə təqdim olunub. Büdcə zərfi dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal alətlər, həmçinin “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq, ictimaiyyətə açıqlıq metodologiyası və şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb. Yeni ilin büdcə layihəsi gəlirləri 38,4 milyard, xərcləri isə 41,5 milyard manat proqnozlaşdırılmaqla, müstəqil Azərbaycan Respublikasının tarixində ən böyük büdcə zərfi hesab olunur.
Büdcənin əsas yığım təməlləri qeyri-neft gəlirlərinə əsaslanacaq. Belə ki, ali maliyyə sənədinin xəzinə portfelinin 22,1 milyard manatı qeyri-neft yığımlarından ibarət olacaq ki, bu da cəmi fiskal daxilolmaların 57,4 faizi deməkdir. Həmin gəlirlərin əsas yükü isə vergi daxilolmalarının payına düşəcək. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar büdcə gəlirlərində 43,8 faizə bərabərdir. Vergilərin 78,6 faizi və ya 13,2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə gəlirlər təşkil edəcək. Ümumlikdə, vergi yğımlarının növbəti ildə həcmi 2025-ci illə müqayisədə 1,3 milyard manat artacaq.
Mövcud qeyri-neft fiskal portfelinin diaqnostikası onu deməyə əsas verir ki, ilin sonunda və gələn il büdcədə bu bölmələrdən yığımların həcmi daha da artacaq. İqtisadi aktivlik, yığım imkanlarının çoxalması vergi və digər mənbələr üzrə fiskal yığımların daha da artacağı ehtimallarını yüksəldir. Ona görə də 2026-cı ilin büdcə layihəsində neftdən sahələr üzrə gəlirlərin ən azı 1,5 milyard manat məbləğində artırılması mümkün hesab edilir.
Təhsilə 5 milyard, səhiyyəyə isə 2 milyard manat ayrılacaq
Büdcə layihəsində müvafiq qanunun tətbiqinən irəli gələn bir sıra məsələlərin həlli də yer alıb. Belə ki, funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən, maliyyə yardımı alan təşkilatlar və bu istiqamətdə müvafiq tədbirlərin istiqamətləri müəyyənləşib. Büdcənin funksional təsnifat üzrə 2026-cı ildə büdcədə xərclərin strukturu əvvəlki büdcə ilindən bəzi istiqamətlər üzrə fərqlənir. Əsas xərc bölmələri demək olar ki, sabit qalır. Büdcədə ümumi dövlət xidmətləri üzrə xərclər 5,8 milyard, müdafiə və milli təhlükəsizlik üzrə xərclər 8,7 milyard, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 3,6 milyard, təhsil xərcləri 5 milyard, səhiyyə xərcləri 2 milyard, sosial müdafiə və sosial təminat üzrə xərcləri 4,9 milyard, kənd təsərrüfatı üzrə xərclər 1,1 milyard manat nəzərdə tutulub. “Yaşıl” layihələrin dəyəri isə xərclərin tərkibində 357,2 milyon manata bərabərdir.
Müdafiə xərcləri 8,7 milyard manatı ötəcək
2026-cı ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Hərbi-müdafiə xərclərinə 8 milyard 714,8 milyon manat (büdcədə xüsusi çəkisi 21 faiz) həcmində nəzərdə tutulub ki, bu, 2025-ci ildəki 8,4 milyard manat həcmində hərbi büdcədən 300 milyon manat çoxdur. Hərbi büdcənin funksional xərc portfelində çəkisi əvvəlki ilədki 19 faizə nisbətən 2 faiz çoxdur. Büdcənin parlamentdə müzakirələri zamanı həmin xərclərin həcmində yenidən dəyişiklik edilməsi də istisna deyil.
Son 4 ildə hərbi-müdafiə infrastrukturlarının müasirləşdirilməsi, azad ərazilərdə yeni nümuməvi ordu birləşmələrinin yaradılması və hərbi strukturların qurulması, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturların, eləcə də Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərin miqyasının artması, eyni zamanda, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər geosiyasi çağırışlar həmin sahələrə əlavə maliyyə ayrılmasını zəruri edir. Bütün bunlar nəzərə alınmaqla, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün əlavə vəsait tələb olunur. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin bərqərar olunması, toxunulmazlığının təmin edilməsi və davamlı mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması və digər məqsədlər üzrə müdafiə xərclərinin artırılması tam məntiqlidir.
Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılmasına (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) ayrılacaq vəsaitin həcmi də əhəmiyyətli məbləğdə proqnozlaşdırılır.
Sosialyönümlü xərclərin maliyyə tutumu 20 milyard manatdan çoxdur
2026-cı ilin büdcə zərfi Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Büdcədə sosial xərclərin məbləği 42 faizə yaxın olacaq ki, bu da vətəndaşların sosial rifahının və təminatının yaxşılaşdırılması üçün mühüm maliyyə bazası deməkdir. Büdcədə birbaşa sosial müdafiə və sosial təminat xərclərinin həcmi 4,9 milyard manat təşkil edir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 8 milyard manat yaxın proqnozlaşdırılır ki, nəticədə növbəti ildə sosial xərcləri qarşılamaq üçün əhəmiyyətli maliyyə mənbəyi formalaşacaq. 13 milyard manata yaxın sosial təminat xərcləri hesabına pensiya və münavinətlər, minimum əməkhaqları, təqaüdlərin artımı təmin ediləcək.
Bundan başqa, digər sosial xərc maddələrini də nəzərə aldıqda, büdcədə ümumi sosialyönümlü xərclərin həcmi 20 milyard manatı ötmüş olacaq. Bu isə, digər sosial normativlərin, o cümlədən ünvanlı sosial yardımın, yaşa, əlilliyə, ailə başçısının itirməyə və digər kateqoriyalar üzrə sosial müavinətlərin, eləcə də bir sıra təqaüd və s. sosial qruplar üzrə artım üçün maliyyə təminatı yaradacaq.
Büdcə ən böyük xərctutumlu sahələrdən biri də iqtisadi fəaliyyət bölmələri, yəni investisiya, sahibkarlıq və bu tipli xərclərdir. Bu istiqamət üzrə 7 milyard 630 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Həmin vəsaiti əhəmiyyətli hissəsi azad ərazilərdəki iqtisadi təşviqlərə, 2 milyard manatdan çox hissəsi dövlət əsaslı vəsait qoyuluşlarına nəzərdə tutulur. Həmçinin iqtisadi fəaliyyət xərcləri çərçivəsində sosial və infrastruktur təyinatlı layihələrin, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda hədəflənən tədbirlərin, bir sıra bölmələr üzrə yenidənqurma və modernizasiyası layihəsinin maliyyələşdirilməsi təmin olunacaq.
İcmal büdcənin gəlir və xərcləri də artır
2026-cı ilin icmal büdcənin gəlirləri 44 milyard 825,3 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nəzərən 874,7 milyon manat və ya 2 faiz artım deməkdir.
İcmal büdcənin xərcləri isə növbəti ildə 48 milyard 683,1 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 053.7 milyon manat və ya 2,2 faiz çoxdur. İcmal büdcədə 3,8 milyard manat büdcə kəsri (defisit) gözlənilir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
