Milli Kimliyimizin Qalası – Suverenlik Günü
19.09.2025 [10:52]
Tarixin gedişi, Cənubi Qafqazda cərəyan edən hadisələr bir daha sübut edir ki, Azərbaycanın 2023-cü ilin sentyabr ayında keçirdiyi Dövlət suverenliyinin tam bərpası əməliyyatı vaxtında atılmış zəruri addım idi. Uğurla başa çatdırılmış əməliyyatın sonunda əldə olunan nəticələr isə təkcə Azərbaycanda deyil, bütün regionda sülh və əmin-amanlığın əldə olunmasına xidmət edir. Əməliyyatın keçirilməsini zəruri edən amillərdən danışarkən qeyd olunmalıdır ki, Ermənistan 2020-ci ildə Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində məğlub olduqdan sonra üçtərəfli 10 noyabr Bəyanatını imzalasa da, bir tərəfdən bu ölkənin daxilindəki revanşist əhval-ruhiyyəli qüvvələrin, digər tərəfdən də anti-azərbaycan siyasəti ilə seçilən məlum xarici ölkələrin təsiri altında olan rəsmi İrəvan növbəti iki il ərzində bölgədə vəziyyəti gərginləşdirən siyasətindən əl çəkə bilmirdi. 2023-cü il 19 sentyabr tarixində ermənilərin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslərin həlak olması, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın həlak olması və yaralanması bir daha aşkar şəkildə göstərdi ki, 10 noyabr Bəyanatının müddəalarına zidd olaraq Azərbaycan ərazilərində Ermənistan silahlı birləşmələrinin mövcudluğu regional sülhü və sabitliyi ciddi şəkildə təhdid edir. Məhz bu təhlükə mənbəyini neytrallaşdırmaq üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən 2023-cü il sentyabr ayının 19-da Dövlət suverenliyinin tam bərpası əməliyyatına başladı.
Təxminən bir sutka davam edən əməliyyatın gedişində Azərbaycan Ordusu heç bir mülki şəxsə və ya obyektə zərər verməməklə bir daha öz yüksək peşəkarlığını dünyaya nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin qanunsuz bölmələrinin ön xəttdə və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. Suverenliyin bərpası əməliyyatının qısa zaman ərzində erməni silahlı bölmələrinin tam zərərsizləşdirliməsi ilə başa çatacağı heç kimdə şübhə doğurmurdu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gözləntiləri doğrultdu, düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi.
2023-cü ilin 15 oktyabr tarixində isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdərə, Xocavənd, Xankəndi və Xocalı şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bununla da Azərbaycan Prezidenti bu vəzifəyə seçilməsinin 20-ci ildönümündə öz xalqına daha bir möhtəşəm qələbə sevinci yaşatmış oldu.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

