Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliyə zəmanət verə bilər

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliyə zəmanət verə bilər

16.07.2026 [21:58]

Türkiyə müharibənin Qara dənizə yayılmasını istəmir. Limanları, tankerləri və balıqçı qayıqlarını hədəf almaq və mülki şəxslərin həyatını təhlükəyə atmaq qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Qara dənizdə təhlükəsizlik zəmanətləri ilə bağlı Türkiyə dəniz qüvvələrinə rəhbərlik etməyə razılıq verib.

“Biz bu məsələdə müttəfiqlərimizlə həmfikirik. İnanıram ki, İstanbul danışıqları vasitəsilə aparılan müzakirələrin davam etdirilməsi çox faydalı olacaq”, - deyə Hakan Fidan əlavə edib.

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Analitik

Mədəniyyət

Sənətkar ömrü...

16 İyul 09:27  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31