Azərbaycan tolerant ölkədir
09.02.2026 [16:50]
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Dövlətimizin başçısının bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində mükafatın təqdimolunma mərasimi keçirildi.
Azərbaycan ilə BƏƏ arasındakı əlaqələr strateji xarakter daşıyır. Prezidentlərin qarşılıqlı səfərlərinin dinamikliyi, imzalanan sənədlər əlaqələrimizin gələcək inkişafının aydın mənzərəsini yaradır. Təkcə ötən il Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə üç dəfə səfəri olub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da ötən ilin sentyabrında ölkəmizə rəsmi səfəri oldu. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edir. İki ölkə arasında dostluq münasibətlərinin inkişafı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına öz müsbət təsirini göstərir.
Ulu Öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət yetirib. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2006-cı ildə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verdi. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir.
Dövlətimizin başçısı İlham Əliyevin fevralın 2-də bu ölkəyə reallaşdırdığı işgüzar səfər mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Diqqət göstərilən məsələlərdən biri təbii ki, cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsidir. Bu mükafat BƏƏ-nin banisi Şeyx Zayedin humanizmə, tolerantlığa, mədəniyyətlər və dinlərarası harmoniyaya əsaslanan baxışlarının davamı kimi təsis olunub. Prezident İlham Əliyev sözügedən təqdimolunma mərasimində “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir” söylədi və bildirdi ki, o, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir: “Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir”.
Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı reallıqlar əsasında beynəlxalq münasibətlər sistemində yeri və rolunu daha da möhkəmləndirdiyi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycan tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifini etdi. Bu mühüm addım göstərdi ki, Azərbaycan qələbədən sonra revanşizm siyasəti yürütmədi, sülhün təşəbbüskarı kimi çıxış etdi. Regionda dayanıqlı iqtisadi inkişafa nail olmaq, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirdi. Bu çağırış beynəlxalq ictimaiyyət üçün mühüm mesaj idi. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan təhlükəsiz gələcəyi qurmağa çalışan tərəf olduğunu nümayiş etdirdi. Sülh istədi və buna nail oldu. Baxmayaraq ki, Zəfərimizdən ötən müddətdə Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışdı. Amma ölkəmiz səylərini davam etdirdi. Yekun nəticə ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı əldə olundu. Dövlət başçısı İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışında bildirdi ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.
Cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, eyni zamanda, Azərbaycanın dünyaya nümunə olan multikulturalizm və tolerantlıq modelinə verilən yüksək dəyərdir. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələri mehriban, dostluq şəraitində yaşayırlar. Azərbaycan yerləşdiyi coğrafi məkana uyğun olaraq müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Ölkəmiz multikultural dəyərlərin inkişafına davamlı töhfələri ilə diqqətdədir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09

