Fransada işəgötürənlərin 62 faizi namizədləri sosial şəbəkə hesablarına görə araşdırır
10.02.2026 [12:51]
Fransada işə qəbul prosesi getdikcə çətinləşir. İşəgötürənlər namizədlərin tərcümeyi-halı ilə yanaşı sosial şəbəkələrdəki səhifələrini də araşdırır.
AZƏRTAC xəbər verir ki, Fransada əmək bazarı dəyişir. Proqnozlara görə, 2026-cı ildə şirkətlərin üçdə birindən çoxu yeni işçilər götürməyi, xüsusilə də daimi müqaviləli (CDI) iş yerləri yaratmağı planlaşdırır. Eyni zamanda, rəhbər və orta səviyyəli menecerlərin təxminən 40 faizi bu il iş yerini dəyişməyi düşünür. Bu canlanma əsasən iri şirkətlərdə müşahidə olunur. Belə bir şəraitdə yeni iş axtarmaq üçün münasib zaman kimi görünür. Lakin yeni nəslinin işə müraciət formalarında işəgötürənlər daha ehtiyatlı davranmağa başlayıblar.
Onlar indi sosial şəbəkə hesablarını yoxlayırlar. “Indeed” şirkətinin apardığı və “Le Parisien“ qəzetinin açıqladığı araşdırmaya görə, işəgötürənlərin 62 faizi namizədin sosial şəbəkə profilinə baxdıqdan sonra qərar verir. Qeyd olunub ki, hər kəsə açıq profillər işə qəbul prosesində real təsir gücünə malikdir.
Bu cür araşdırma 250–500 işçisi olan şirkətlərin təxminən dörddə üçündə tətbiq olunur. Sektorlar üzrə fərqlər də diqqət çəkir: hüquq sahəsində bu yoxlama doqquz haldan çoxunda avtomatik aparılır, istehsalat sənayesində bu göstərici 90 faizdən yuxarıdır. Maliyyə və memarlıq sahələrində isə 85 faizi ötür.
İşəgötürənlər bildirirlər ki, məqsəd namizədlərin maraq dairələrini öyrənməkdir. Bununla yanaşı, risk siqnalları və problemli davranışlar da diqqətlə izlənilir. Təhqiredici və ya ayrı-seçkilik yaradan paylaşımlar, qeyri-peşəkar məzmun, siyasi mübahisələr və xüsusilə CV ilə uyğun gəlməyən məlumatlar namizədin əleyhinə işləyə bilər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52

