Yeni münasibətlər sistemi...
12.02.2026 [11:15]
Strateji tərəfdaşlığın yüksəlişi, regional sülh gündəliyi
Son altı ay ərzində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İkitərəfli əlaqələrin həm siyasi müstəvidə, həm də strateji tərəfdaşlıq səviyyəsində genişlənməsi bu mənzərəyə əlavə rəng qatır. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və verilən mesajlar göstərir ki, Bakı ilə Vaşinqton arasında dialoq artıq epizodik xarakterdə deyil - əksinə, sistemli və uzunmüddətli əməkdaşlıq xətti formalaşmaqdadır. Ötən ilin avqust ayında Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yeni səhifəsini açdı. Həmin görüşlərdə tərəflər yalnız mövcud əməkdaşlıq istiqamətlərini deyil, həm də gələcək perspektivləri müzakirə etdilər. Bu isə onu göstərir ki, münasibətlər təkcə cari siyasi gündəliklə məhdudlaşmır, strateji baxış üzərində qurulur.
Qarşılıqlı etimadı gücləndirmək niyyəti
Vurğulanmalıdır ki, Azərbaycan müstəqillik qazandığı gündən etibarən ABŞ ilə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurmağa çalışıb. Enerji təhlükəsizliyi, regional sabitlik, terrorizmlə mübarizə, humanitar və iqtisadi əməkdaşlıq kimi istiqamətlər uzun illər iki ölkə arasında əsas əlaqə sütunları olub. Lakin son dövrdə müşahidə edilən dinamika göstərir ki, bu münasibətlər daha geniş və çoxşaxəli xarakter almaqdadır. Xüsusilə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycanın regionda təşəbbüskar rol oynaması və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə Vaşinqton- Bakı münasibətində yeni mərhələ başladıb.
Eyni zamanda, Azərbaycan da ABŞ ilə əməkdaşlığı qlobal və regional sülh gündəliyinin mühüm elementi kimi qiymətləndirir. Bakı beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanan nizamın tərəfdarıdır. ABŞ ilə münasibətlərin yeni mərhələsi məhz bu prinsiplər üzərində qurulur. Son altı ayda atılan addımlar göstərir ki, tərəflər qarşılıqlı etimadı gücləndirmək və əməkdaşlığı institusional çərçivədə möhkəmləndirmək niyyətindədirlər. Bu isə ABŞ-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını deməyə əsas verir.
İntensiv təmaslar və strateji dialoqun dərinləşməsi
Azərbaycan ilə ABŞ arasında həm təmasların intensivliyi, həm də danışıqların məzmunu baxımından ciddi irəliləyiş müşahidə olunur. Yüksək səviyyəli görüşlərin artması, qarşılıqlı səfərlərin sıxlaşması və birgə bəyanatların verilməsi göstərir ki, tərəflər münasibətləri yeni mərhələyə daşımaqda qətiyyətlidirlər. Prezident Donald Trampla Prezident İlham Əliyevin son altı ay ərzində iki dəfə görüşməsi də bu dinamikanın bariz göstəricisidir. Dövlət başçıları arasında birbaşa dialoq hər zaman ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır və bu görüşlər tərəflərin siyasi iradəsinin üst-üstə düşdüyünü nümayiş etdirir.
Bu təmaslar yalnız protokol xarakterli görüşlərlə məhdudlaşmır. Danışıqlarda regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya layihələri, iqtisadi əlaqələrin genişləndirilməsi və qlobal sülh təşəbbüsləri kimi geniş spektrli məsələlər müzakirə olunur. Azərbaycan ABŞ ilə birgə həm qlobal sülhün möhkəmləndirilməsinə, həm də Cənubi Qafqazda dayanıqlı sabitliyin təmin olunmasına töhfə vermək niyyətindədir. Bu baxımdan Bakı özünü regionda məsuliyyətli və təşəbbüskar aktor kimi təqdim edir. Fevralın 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey Di Vens ilə geniş tərkibdə görüşdə bildirib ki, biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur: “Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir”.
Göründüyü kimi, Cənubi Qafqazda post-münaqişə dövrünün formalaşması, kommunikasiyaların açılması perspektivi və iqtisadi inteqrasiyanın güclənməsi ABŞ üçün də strateji əhəmiyyət daşıyır. Azərbaycan isə regionun əsas iqtisadi və nəqliyyat mərkəzi kimi çıxış edərək yeni əməkdaşlıq platformaları yaradır. ABŞ şirkətlərinin enerji, nəqliyyat və innovasiya sahələrində iştirakı üçün yeni imkanlar yaranır. Bu isə münasibətlərin yalnız siyasi deyil, iqtisadi və texnoloji ölçüdə də dərinləşdiyini göstərir.
Münasibətlərdə dönüş mərhələsi
Azərbaycan-ABŞ münasibətlərinin son dövrdə yüksək səviyyəyə yüksəlməsi Donald Tramp administrasiyasının yanaşması ilə də sıx bağlıdır. Yeni administrasiya Cənubi Qafqaza daha praqmatik və realpolitik prizmadan yanaşaraq region ölkələri ilə balanslı münasibətlərin qurulmasına üstünlük verir. Bu, xüsusilə Azərbaycan ilə əlaqələrin bərpası və inkişafında özünü göstərir. Əvvəlki administrasiyanın apardığı bəzi qeyri-adekvat siyasi xətt, lokal maraqlara həddindən artıq fokuslanma və regiondakı mürəkkəb reallıqları nəzərə almayan addımlar iki ölkə arasında münasibətlərin soyumasına səbəb olmuşdu.
Yeni mərhələdə isə Vaşinqton Bakı ilə əməkdaşlığı geniş regional kontekst çərçivəsində qiymətləndirir. ABŞ anlayır ki, Cənubi Qafqazda davamlı sülh və sabitlik Azərbaycanın iştirakı olmadan mümkün deyil. Trampın hakimiyyətə qayıdışı ilə ABŞ-ın xarici siyasətində daha çox milli maraqlara əsaslanan, lakin eyni zamanda qlobal təhlükəsizliyi nəzərə alan xətt müşahidə olunur. Bu yanaşma müxtəlif münaqişə ocaqlarında sülh təşəbbüslərinin irəli sürülməsinə və diplomatik aktivliyin artmasına səbəb olub. Keçirilən görüşdə ABŞ vitse-prezidenti deyib ki, Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır: “Bilirəm ki, Prezident Tramp bununla çox qürur duyur, çünki o, Sizin ölkənizə, həm də Ermənistana heyrandır. Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram”.
Qeyd edildiyi kimi, Cənubi Qafqaz bu yeni yanaşmanın diqqət mərkəzindədir. ABŞ regionda qarşıdurmadan daha çox əməkdaşlıq mühitinin formalaşmasını dəstəkləyir. Azərbaycan isə öz növbəsində regional sabitliyin təmin olunması üçün konkret təşəbbüslərlə çıxış edir. Bu maraqların üst-üstə düşməsi iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə şərait yaradır. Nəticədə, münasibətlər formal çərçivədən çıxaraq real siyasi və iqtisadi məzmun qazanır.
Bakı sülhpərvər siyasət yürüdür
Azərbaycan hər zaman sülhpərvər mövqe nümayiş etdirib. Hətta işğal dövründə belə rəsmi Bakı problemin beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllini dəstəkləyirdi. Bu, xalqın və dövlətin mahiyyətindən irəli gələn prinsipial mövqedir. Azərbaycan bu gün də regionda əməkdaşlıq və inteqrasiya təşəbbüsləri ilə çıxış edir. Zəngəzur dəhlizi (TRIPP) və digər nəqliyyat layihələri regionun iqtisadi xəritəsini dəyişmək potensialına malikdir. ABŞ-ın dəstəyi ilə həyata keçirilən təşəbbüslər Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanmasına töhfə verə bilər. Eyni zamanda, Azərbaycan dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi tanınır. Şərq ilə Qərb arasında körpü rolunu oynayan ölkə qlobal dialoqun inkişafına öz töhfəsini verir. ABŞ ilə münasibətlərin güclənməsi də bu körpünün daha da möhkəmlənməsi deməkdir. Qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında qurulan bu yeni mərhələ həm iki ölkənin maraqlarına, həm də regionun sabitliyinə xidmət edir. ABŞ-ın Vitse-prezidenti də görüşdə sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxunub. Cey Di Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını deyib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19

