ABŞ–Azərbaycan münasibətləri regiona gələn sülhün geosiyasi mənasıdır
12.02.2026 [13:16]
Bakıda cənab Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin mətbuata birgə bəyanatları təkcə iki dövlət arasında diplomatik nəzakət nümunəsi deyil, ABŞ–Azərbaycan münasibətlərinin tarixində ən yüksək və ən məzmunlu mərhələnin rəsmi təsdiqi kimi dəyərləndirilməlidir. Bu bəyanatlar bir daha göstərdi ki, Bakı ilə Vaşinqton arasında münasibətlər artıq taktiki maraqlardan çıxaraq strateji, uzunmüddətli və qlobal xarakter alıb. Cənab Prezident İlham Əliyevin açıq şəkildə vurğuladığı kimi, bu gün imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası konkret və real əməkdaşlıq istiqamətlərini əhatə edir: “Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik.” Bu bəyanat bir həqiqəti təsdiqləyir: Azərbaycan artıq regional proseslərin müşahidəçisi deyil, təhlükəsizlik arxitekturasının formalaşdırıcı aktorudur. Cənab Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər ABŞ–Azərbaycan münasibətlərinin niyə məhz bu mərhələdə strateji xarakter aldığını açıq izah edir:
“Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir.” Bu fakt artıq regional çərçivəni çoxdan aşır. Azərbaycan Avrasiyanın enerji xəritəsində sabitlik elementi kimi çıxış edir və bu sabitlik dünya iqtisadiyyatının davamlılığı üçün həyati əhəmiyyət daşıyır. Məhz buna görə ABŞ–Azərbaycan əməkdaşlığı bu gün yalnız ikitərəfli münasibət deyil, qlobal iqtisadi təhlükəsizliyin tərkib hissəsidir.
Cənab Prezident İlham Əliyevin TRIPP layihəsi ilə bağlı bəyanatı region üçün yeni siyasi fəlsəfəni ortaya qoyur: “TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik.” “Tramp marşrutu” isə bu fəlsəfənin praktik ifadəsidir. Dövlət başçısının sözləri ilə desək: “Bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı və təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək və regionda sülhü gücləndirəcək.” Burada əsas mesaj aydındır: sülh artıq siyasi niyyət deyil, iqtisadi zərurətdir. Bu dəhlizlərdən kənarda qalanlar sadəcə tranziti deyil, gələcəyi də itirəcəklər. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi daha bir mühüm fikir diqqətəlayiqdir: “Biz nəinki tranzitlə bağlı məhdudiyyətləri aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq.” Bu, revanşist ritorikaya verilən ən tutarlı cavabdır. Azərbaycan güc nümayişini iqtisadi əməkdaşlıqla əvəz edir və regionda sülhün real mexanizmlərini işə salır. Ermənistan üçün isə artıq seçim mərhələsi başlayıb: ya regional iqtisadi sistemin bir hissəsi olmaq, ya da proseslərin kənarında qalmaq. Cənab Prezident İlham Əliyevin “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatları ilə qururuq” fikri bu münasibətlərin dərinliyini və etimad səviyyəsini göstərir. Altı ay əvvəl Vaşinqtonda Prezident Trampla keçirilmiş görüşdən Bakıya uzanan yol ardıcıl, planlı və nəticəyönümlü siyasətin məhsuludur.
Bu gün ABŞ–Azərbaycan münasibətləri nə kağız üzərindədir, nə də bəyanatlarla məhdudlaşır. Bu münasibətlər enerji ilə, təhlükəsizliklə, nəqliyyatlla, texnologiya və süni intellektlə möhkəmlənir. Bu mənzərəni görüb hələ də regionda gərginlik yaratmaq, sülhü ləngitmək, köhnə təsir dairələrini qorumaq istəyənlərə Bakıdan verilən cavab birmənalıdır: vaxt dəyişib. Sülh artıq zəifliyin yox, gücün göstəricisidir. İqtisadi əməkdaşlıqdan qorxanlar isə tarix boyu olduğu kimi yenə uduzan tərəf olacaqlar. Bu gün ABŞ və Azərbaycan eyni mövqedən çıxış edir. Cənubi Qafqazda müharibəyə yer yoxdur. Kim bu reallığa qarşı çıxırsa, təkcə regiona deyil, qlobal sabitliyə qarşı çıxmış olur. Və belə mövqelər artıq nə Bakıda, nə də Vaşinqtonda qəbul edilir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28

