Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstana istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalı qadağan edilə bilər

Gürcüstana istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalı qadağan edilə bilər

12.02.2026 [20:12]

İstismar müddəti 6 ildən çox olan avtomobillərin Gürcüstana idxalı qadağan edilə bilər.

AZƏRTAC xəbər verir ki, bununla bağlı hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası tərəfindən hazırlanmış qanun layihəsi parlamentə təqdim olunub.

Bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında məlumat verib:"Gürcüstanda avtonəqliyyat vasitələrinin sayı son illər əhəmiyyətli dərəcədə artıb. 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idi. Bu ilin məlumatlarına görə, bu göstərici 2 milyonu keçib. Avtomobillərin sayının belə artımı yolların yüklənməsinə və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Buna görə də hesab edirik ki, çox mühüm tədbirlərin görülməsi zəruridir. Bu məqsədlə parlamentə istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim etmişik".

Onun sözlərinə görə, kiçik istisnalar nəzərdə tutulacaq. Lakin prinsip etibarilə istismar müddəti 6 ildən çox olan avtomobillər ölkəyə gətirilməməlidir. ”Bu, ekologiya, insan sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə o diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 255 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30