Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ

13.02.2026 [17:21]

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey D. Vens arasında keçirilən birgə mətbuat konfransı iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı Azərbaycan–ABŞ əməkdaşlığının strateji mahiyyətini bir daha nümayiş etdirdi və tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

Dövlət başçısının  çıxışında ən diqqətçəkən məqamlardan biri qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipinin ön plana çəkilməsi idi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirən dövlətdir və tərəfdaşlıq münasibətləri də məhz bu prinsiplər əsasında qurulmalıdır. Bu yanaşma ölkəmizin xarici siyasət kursunun ardıcıl və prinsipial xarakter daşıdığını bir daha sübut edir.

Dövlətimizin başçısı çıxışında regional təhlükəsizlik və sülh məsələlərinə də xüsusi diqqət ayırdı. Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması, əməkdaşlıq mühitinin formalaşdırılması və qarşıdurmaların aradan qaldırılması Azərbaycanın prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin bu mövqeyi regionda uzunmüddətli inkişaf üçün əsas şərtlərdən biridir.

Bununla yanaşı, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq məsələləri də Dövlət başçısının çıxışındakı mühüm istiqamətlərdən idi. Azərbaycan bu gün təkcə regionun deyil, daha geniş coğrafiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir.

Ümumilikdə, Fevralın 10-da keçirilmiş birgə mətbuat konfransında Prezident İlham Əliyevin çıxışı Azərbaycan–ABŞ münasibətlərinin perspektivlərini aydın şəkildə ortaya qoydu. Bu görüş və verilən mesajlar gələcəkdə daha sıx siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı üçün möhkəm zəmin yaradır.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28