2026-cı ilin uğurlu başlanğıcı
14.02.2026 [10:50]
ÜDM-in həcmi və büdcə gəlirləri yüksəlib
2026-cı ilin ilk ayında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək nəticələr qeydə alınıb. Belə ki, yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozu 32 milyon manat və ya 0,9 faiz üstələyib. Büdcə gəlirlərində əsas yığım vergi orqanının üzərinə düşüb, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz çox olub. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar isə 487 milyon manat təşkil edərək proqnozdan 2 milyon manat və ya 0,4 faiz, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox təşkil edib. Dövlət Neft Fondundan büdcəyə transfertin məbləği 1 milyard 70 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub.
Büdcədə 2 milyard manatdan çox profisit yaranıb
Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 1 milyard 500 milyon manat proqnoza qarşı 1 milyard 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir. 2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri isə 1 milyard 717,5 milyon manat məbləğində icra edilib. Beləliklə, yanvar ayında dövlət büdcəsinin icrasında 2 milyard 269,7 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində təsdiq edilib. İcmal büdcənin gəlirləri isə 44 milyard 969,4 milyon manat, xərcləri 48 milyard 839,3 milyon manat müəyyən olunub. Büdcə zərfində müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərclər üçün 8,7 milyard manat həcmində nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Əhalinin sosial rifahı üçün büdcədən 2026-cı ildə 17,1 milyard xərclənməsi təsdiqlənib.
ÜDM-in neft gəlirlərində müsbət dinamika
2026-cı ilin ilk ayının büdcə göstəriciləri onu əsaslandırır ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası dayanıqlı olmaqla, makroiqtisadi sabitliyi və fiskal yığımları təmin etməkdədir. İqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul (ÜDM) yanvar ayında 1,7 faiz artmaqla nominal həcm etibarilə 9 milyard manatı ötüb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artıb. Burada maraqlı məqamlardan biri son 2-3 ildə neft-qaz sektorunda azalan ÜDM-in 2026-cı ildə artım tempi ilə qeydə alınmasıdır. Bu, onu göstərir ki, neft sektorunda yenidən istehsal və emal dinamikası başlayıb və bu, ümumi inkişafa mühüm təsir göstərəcək. Ölkəmizdə yaradılmış əlavə dəyərin portfelində isə yenə də əsas iqtisadi güc mənbəyi qeyri-neft sektoru olub ki, bu sahədə ÜDM 2,3 faiz artıb.
Ümumilikdə, ilk ayda ÜDM istehsalının əksər sahələrində müsbət meyillər müşahidə edilib. Belə ki, milli gəlirin strukturunun 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olub.
Qeyri-neft sənayesində yüksək artım
Yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 4,7 milyard manatlıq məhsul istehsal edilib ki, bu da 2,5 faiz artımdır. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb. Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2 faizi emal sektorunda, 7,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Beləliklə, ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb.
Ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.
İnvestisiyalar 75,6 faiz artıb, inflyasiya 5,7 faiz təşkil edib
2026-cı ilin yanvar ayında əsas kapitala 1 milyard 405,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz artıb. Kapitalın 758,6 milyon manatı və ya 54 faizi məhsul istehsalı sahələrinə, 551 milyon manatı (39,2 faizi) xidmət sahələrinə, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların təxminən 1 milyard manatını və ya 71,4 faizini daxili investisiyalar təşkil edib. İnvestisiyaların 577,2 milyon manatı və ya 41,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 5,7 faiz artıb. İnflyasiya zənbilində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz təşkil edib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51

