Xalqımızın qan yaddaşı
23.02.2026 [19:18]
Məlumdur ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlərdən biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyata keçirilən qətliam xüsusi amansızlığına görə əvvəlkilərdən seçilirdi. Əsas məqsəd bir rayonun əhalisini tamamilə yer üzündən silmək idi. Təsadüfi deyil ki, insanlıq əleyhinə törədilmiş bu cinayəti dünya tarixində dərin iz qoymuş Xatın, Holokost və Ruanda kimi faciələrlə müqayisə olunur.
Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə də ayrıseçkiliyə yol verdilər, Xocalı faciəsinə, erməni cinayətinə lazımi qiymət vermədilər. Üzərindən 34 il keçsə də, Xocalı faciəsi Azərbaycan xalqı üçün sağalmaz yara olaraq qalır. Qarlı-şaxtalı qış gecəsində Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldülər. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınlar isə qarın boşluğuna süngü vurularaq öldürülüb.
Qeyd etmək lazımdır ki, Ermənistan silahlı qüvvələri bu cinayəti təkbaşına törətməmişdi. Bu işdə onlara keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayı köməklik göstərmişdi. Bir rayonun əhalisini qırmaqla ermənilər bütün Azərbaycan xalqının gözünü qorxutmaq istəyirdi. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Karnegi Fondunun məşhur tədqiqatçı-jurnalisti Tomas de Vaala müsahibəsində Xocalı soyqırımını qəsdən törətdiklərini etiraf edərək deyirdi: “Xocalıya qədər azərbaycanlılar ermənilərlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli iş nəticəsində ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları faciəni tanıyıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan sənəddə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib”.
Onu da qeyd edək ki, Azərbaycan Ordusu Xocalı şəhidlərinin qisasını 28 il sonra döyüş meydanında aldı. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Bu gün Xocalı qurbanlarının ruhu şaddır.
Yeri gəlmişkən, qeyd edək ki, hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, sadə insanlar iştirak edirlər. Ən əsası, Azərbaycan dövləti və xalqı heç zaman Xocalı soyqırımını unutmayacaqdır.
Firəddin Əhmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
27 Fevral 08:56
Sosial
27 Fevral 08:30
Dünya
26 Fevral 23:10
Dünya
26 Fevral 22:51
Dünya
26 Fevral 22:19
İqtisadiyyat
26 Fevral 21:47
Xəbər lenti
26 Fevral 21:28
Dünya
26 Fevral 21:23
İdman
26 Fevral 20:45
Xəbər lenti
26 Fevral 20:45
Dünya
26 Fevral 19:50
Dünya
26 Fevral 19:22
Dünya
26 Fevral 19:10
Gündəm
26 Fevral 18:38
YAP xəbərləri
26 Fevral 17:35
YAP xəbərləri
26 Fevral 16:43
YAP xəbərləri
26 Fevral 16:40
YAP xəbərləri
26 Fevral 16:16
YAP xəbərləri
26 Fevral 16:15
Dünya
26 Fevral 15:33
YAP xəbərləri
26 Fevral 15:32
YAP xəbərləri
26 Fevral 15:22
MEDİA
26 Fevral 15:19
İdman
26 Fevral 15:17
İqtisadiyyat
26 Fevral 15:13
YAP xəbərləri
26 Fevral 14:38
YAP xəbərləri
26 Fevral 14:34
Dünya
26 Fevral 14:31
YAP xəbərləri
26 Fevral 14:30
Siyasət
26 Fevral 14:16
Sosial
26 Fevral 14:15
Sosial
26 Fevral 13:53
Dünya
26 Fevral 13:53
YAP xəbərləri
26 Fevral 13:32
Dünya
26 Fevral 13:25
Dünya
26 Fevral 12:42
YAP xəbərləri
26 Fevral 12:33
Hadisə
26 Fevral 12:27
İqtisadiyyat
26 Fevral 12:26
İqtisadiyyat
26 Fevral 12:24
Dünya
26 Fevral 12:19
YAP xəbərləri
26 Fevral 12:12
Xəbər lenti
26 Fevral 11:50
Siyasət
26 Fevral 11:48
YAP xəbərləri
26 Fevral 11:23
Siyasət
26 Fevral 10:49
Elm
26 Fevral 10:35
İqtisadiyyat
26 Fevral 10:12
Analitik
26 Fevral 09:54
Analitik
26 Fevral 09:30
Analitik
26 Fevral 09:15
Analitik
26 Fevral 08:52
Sosial
26 Fevral 08:34
Gündəm
26 Fevral 08:10
Siyasət
26 Fevral 07:50
Siyasət
26 Fevral 07:48
Siyasət
26 Fevral 07:48
Dünya
25 Fevral 23:07
Gündəm
25 Fevral 23:04
Maraqlı
25 Fevral 22:50
Gündəm
25 Fevral 22:25
YAP xəbərləri
25 Fevral 22:19
Dünya
25 Fevral 22:03
Dünya
25 Fevral 21:56
YAP xəbərləri
25 Fevral 21:25
Dünya
25 Fevral 21:13
Dünya
25 Fevral 20:51
Gündəm
25 Fevral 20:46
Dünya
25 Fevral 20:30
YAP xəbərləri
25 Fevral 20:14

