Sabunçu rayonunda Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib
26.02.2026 [16:15]
YAP Sabunçu Rayon Təşkilatının Zabrat qəsəbəsi, R.Axundov küçəsi 27 ünvanı üzrə ərazi partiya təşkilatında (192 nömrəli tam orta məktəb) Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, o cümlədən Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Xocalı faciəsi ermənilər tərəfindən ciddi şəkildə düşünülərək silahsız, mülki azərbaycanlılara divan tutularaq həyata keçirilmiş soyqırım əməliyyatı olub. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində misilsiz igidlik, şücaət və rəşadət göstərən qəhrəman ordumuz Xocalı soyqırımı qurbanlarının da qisasını döyüş meydanlarında aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Çıxış edən ərazi partiya təşkilatının sədri, 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev qeyd edib ki, amansız soyqırım qurbanlarının xatirəsi xalqımız tərəfindən heç zaman unudulmur, bu bəşəri cinayət barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən məqsədyönlü tədbirlər görülür. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır.
Sonda məktəbli şagirdlərin təqdimatında Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

