Hulusi Kılıç: WUF13-ün Azərbaycanda keçirilməsi Türk dünyasının uğurudur
19.05.2026 [17:06]
Azərbaycan qlobal urbanizasiya məsələləri üzrə müzakirələrin əsas mərkəzinə çevrilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) dünyanın hər yerindən rekord sayda 45 minə yaxın nümayəndənin iştirak etməsi bu platformanın dialoq və urbanizasiya problemlərinin miqyasının tanınması üçün əhəmiyyətini və aktuallığını göstərir.
Bu barədə Türkiyənin Azərbaycandakı sabiq səfiri və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.
O, diqqəti milyonlarla insanı evsiz qoyan mənzil qiymətlərinin artmasına, iqlim şoklarına və münaqişələrə çəkib. “BMT-nin məlumatına görə, hazırda təxminən 2,8 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır. Onların bir milyarddan çoxu gecəqondu və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb, təqribən 300 milyonu isə evsizdir. Dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı 2050-ci ilə qədər problem daha da kəskin hal ala bilər”, - deyə sabiq səfir bildirib.
“İMZA”nın nümayəndəsi qeyd edib ki, Azərbaycan beynəlxalq tədbirlərin təşkilində geniş təcrübəsi sayəsində WUF13 çərçivəsində dialoqa əhəmiyyətli töhfə verir. O, COP29 iqlim sammitinin Bakıda uğurla keçirilməsini xatırladıb.
H. Kılıç əlavə edib: “Bakının regionda WUF forumlarına ev sahibliyi edən ilk şəhər olması Azərbaycanın nüfuzunun artmasının daha bir əlamətidir və bu, bütün Türk dünyasının uğurudur”.
O, Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışına diqqət yetirib. Kılıç qeyd edib ki, Azərbaycan liderinin respublikanın tarixi və memarlıq irsinə göstərdiyi diqqət, dövlət başçısının Bakıda keçmişlə bu günün ahəngdar sintezi, qətiyyətli şəhərsalma qərarları, Ağdam, Zəngilan və Xankəndində keçirilən milli şəhərsalma forumları və bir çox digər məsələlər haqqında fikirləri xüsusilə diqqətəlayiqdir.
Mövzunu davam etdirən H. Kılıç, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı layihə və proqramları tərifləyib, ətraf mühitin qorunması üzrə fəaliyyətin vurğulayıb.
“Əminəm ki, WUF13 Bakı ilə BMT arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın nailiyyətlərini nümayiş etdirmək üçün fürsətdir. İnanıram ki, paytaxtda və respublikanın bölgələrində həyata keçirilən bir çox layihə digər ölkələrdə şəhərsalma üçün model kimi qəbul ediləcək”, - deyə Türkiyənin sabiq səfiri sözlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

