İsveçdə ictimai nəqliyyatda gediş haqqı müvəqqəti olaraq iki dəfə azaldıla bilər
27.05.2026 [17:31]
İsveç hökuməti iyulun 1-dən etibarən ictimai nəqliyyatda aylıq gediş haqqı biletlərinin qiymətini müvəqqəti olaraq təxminən 50 faiz azaltmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu tədbirin həyata keçirilməsi üçün təxminən 7 milyard kron (730–740 milyon dollar) ayrılması nəzərdə tutulur. Proqramın isə ilin sonunadək qüvvədə qalacağı bildirilir.
Bu təşəbbüs enerji böhranı və qiymət artımı fonunda əhaliyə dəstək məqsədilə hazırlanmış genişmiqyaslı tədbirlər paketinin bir hissəsinə çevrilib. Bundan əvvəl hakimiyyət benzin və dizelə tətbiq olunan vergilərin azaldılması, daxili aviasiyanın dəstəklənməsi və ərzaq məhsullarına əlavə dəyər vergisinin müvəqqəti endirilməsi üçün artıq on milyardlarla kron vəsait ayırıb.
İsveç mediasının məlumatına görə, aylıq gediş biletlərinin ucuzlaşması nəticəsində yaranacaq gəlir itkisinə görə regionlara kompensasiya veriləcək. Bununla belə, nəqliyyat əlaqələrinin genişləndirilməsi və ya artan yanacaq xərclərinin qarşılanması üçün əlavə vəsait ayrılması nəzərdə tutulmayıb ki, bu da regional hakimiyyət orqanlarında narahatlıq yaradır.
Müxalifət bu təklifi tənqid edib.
Sosial-Demokrat Partiyasının nümayəndələri bildiriblər ki, hökumət çıxılmaz vəziyyətdə hərəkət edir, hazırkı addım isə seçkilər ərəfəsində reytinqini sürətlə artırmaq cəhdi təsiri bağışlayır.
“Hökumətin etibarı sıfır səviyyəsindədir. Onlar ictimai nəqliyyatın yaxşılaşdırılması və daha ucuz olması ilə bağlı bütün təkliflərimizin əleyhinə fəal şəkildə səs veriblər. İndi isə ictimai narazılıq qarşısında çıxılmaz vəziyyətdə seçkilər ərəfəsində qiymətləri müvəqqəti azaltmaq istəyirlər. Bu hökumətin iqtisadi siyasətini ciddi qəbul etmək çətindir”, – deyə Sosial-Demokrat Partiyasının katibi Tobias Baudin bildirib.
Politoloq Henrik Ekeqren Oskarsson hesab edir ki, bu təşəbbüs gözlənilən siyasi effekti verməyə bilər. Onun fikrincə, İsveç seçiciləri qısamüddətli iqtisadi üstünlüklərə daha az önəm verir və daha çox ideoloji baxışlarına əsaslanaraq səs verirlər. Ekspert qeyd edib ki, endirimin müvəqqəti xarakter daşıması onu seçkiqabağı populizmə bənzədir. O xəbərdarlıq edib ki, bu cür addımlar, xüsusilə iri dövlət xərcləri və səhiyyə də daxil olmaqla digər sahələrdə davam edən problemlər fonunda seçicilərin bir hissəsində əks reaksiya da doğura bilər.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10

