Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
26.05.2026 [21:40]
Almaniyanın ixrac sektorunda gözləntilər azalır və avtomobil sənayesində mənfi dinamika müşahidə olunur.
AZƏRTAC “Zeit” nəşrinə istinadla xəbər verir ki, Ifo İnstitutunun yaydığı məlumatda ixrac gözləntiləri indeksinin may ayında -1,2 bənddən -5,5 bəndə endiyi bildirilib. Bu, son bir ildən artıq müddətdə ən aşağı səviyyəyədir.
İnstitutun iqtisadiyyat üzrə eksperti Timo Vollmershauzer bildirib ki, ilin ilk rübündə ixracatdakı canlanmaya baxmayaraq, perspektivlər qeyri-müəyyən olaraq qalır. Geosiyasi vəziyyət yüksək risklərlə xarakterizə olunur və bu, nikbinlik üçün əsas vermir.
Sənaye sahələri üzrə göstəricilər də fərqli istiqamətdə inkişaf edir. Avtomobil sənayesində dörd aylıq müsbət gözləntilərdən sonra ixracın azalacağı proqnozlaşdırılır. Metallurgiya sahəsində də xarici satışların enəcəyi gözlənilir. Enerjitutumlu sənaye sektorları qlobal bazarlarda təzyiq altında qalmaqda davam edir.
Bununla yanaşı, elektrotexnika sənayesində ixracla bağlı nisbətən müsbət, lakin əvvəlki aya nisbətən zəifləyən optimizm müşahidə olunur. Mebel istehsalçıları isə ixracın artacağını proqnozlaşdırırlar.
Almaniya iqtisadiyyatı ilin ilk rübündə xarici ticarətdən müsbət təsir alıb. Yanvar-mart aylarında ixrac ötən rüblə müqayisədə 3,3 faiz artıb və ümumi daxili məhsulda 0,3 faiz yüksəlib.
“Bundesbank”ın məlumatına görə, Yaxın Şərqdəki münaqişələr sənaye üçün qısamüddətli təsirlər yaradıb. Tələbin əvvəlcədən formalaşması və təchizat zəncirlərində yaranan gərginlik bəzi sahələrdə sifarişlərin artmasına səbəb olub. Lakin iqtisadçılar bu təsirlərin davamlı olmayacağını bildirirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

