Prezidentin tapşırığı...
27.05.2026 [11:35]
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər icra olunacaq
Mayın 25-də Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sahənin inkişafı, məhsuldarlığın artırılması, subsidiyaların verilməsi, habelə qida təhlükəsizliyinin təmin olunması və ixrac potensialının genişləndirilməsi və digər məsələlər müzakirə olunub. Dövlət başçısı aqrar sahəni iqtisadiyyatın əsas sahələrindən biri kimi daim diqqətdə saxlanıldığını, 2004-cü ildən icra edilən regionların inkişaf proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Həmin proqramların uğurlu icrası nəticəsində regionlarda əsaslı şəkildə yenidən qurulan infrastrukturlar və kommunal xidmətlər kənd təsərrüfatının inkişafında da həlledici rol oynadı, bir çox istiqamətlər üzrə məhsullarını istehsalında böyük artım qeydə alındı. Eləcə də ötən illər ərzində üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə dövlət proqramlarının qəbulu və icrası aqrar sahənin inkişafını sürətləndirib. Dövlətin çoxçeşidli subsidiya mexanizmləri tətbiq etməsi və mülkiyyətçilərə güzəştli maliyyə dəstəkləri də bu artımın dayanıqlılığının təmin edilməsində mühüm rol oynayıb.
Son 10 ildə kənd təsərrüfatında istehsal 37,8 faiz artıb
2015-2025-ci illərdə kənd təsərrüfatı, balıqçılıq və aqrar-emal sahələrində davamlı inkişaf müşahidə olunub. Bu dövrdə kənd təsərrüfatı məhsulları istehsalı real olaraq 37,8 faiz artıb, o cümlədən bitkiçilik məhsulları istehsalı 48,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 29,6 faiz yüksəlib. Balıqçılıq məhsullarının istehsalı 2,7 dəfə artıb. Qeyd olunan dövr ərzində aqrar-emal sənayesində yüksək artım qeydə alınıb. Xüsusilə qida, içki, tütün və toxuculuq sənayesində istehsal həcmləri əhəmiyyətli dərəcədə artıb. Aqrar sahədə həyata keçirilmiş dövlət dəstəyi tədbirləri nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı böyüyüb. 2015-2025-ci illərdə ərzaq məhsullarının və içkilərin ixracı təxminən 62,8 faiz yüksəlib.. Eyni zamanda, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. Ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub.
Son illərdə aqroparkların yaradılması, iri təsərrüfatçılıq modelinin inkişafı və kənd təsərrüfatında kooperasiya mexanizmlərinin təşviqi nəticəsində müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və ixracyönümlü istehsal imkanları genişlənib. Aqrar sahədə istehsal, emal və logistika zəncirləri arasında inteqrasiyanın gücləndirilməsi əlavə dəyər yaradan fəaliyyətin inkişafına şərait yaradıb. 2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil edib. Qeyri-neft ümumi daxili məhsulunda isə 8,3 faiz paya malik olub. Ötən il aqrar sahədə toplam məhsul istehsalın nominal dəyəri 14 milyard manata çatıb.
Dünyada baş verən meyillər kənd təsərrüfatının istehsalına mənfi təsir göstərir
Göründüyü kimi Azərbaycanda kənd təsərrüfatı inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilib. Habelə, aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərib. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirib və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaradıb.
Ancaq bütün bunlarla yanaşı, kənd təsərrüfatı yeni iqtisadi artım dinamikasının templərindən geri qalır. Cənab Prezident bu məsələyə diqqət çəkərək vurğuladı ki, ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Ələlxüsus da dünyada ərzaq təhlükəsizliyi məsələsinin xüsusi ön plana keçdiyi bir şəraitdə aqrar sahədə dayanıqlı inkişafın təmin olunması ən aktual çağırışdır: “Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.
Ərzaq məhsulları ilə özünü təmin etmə əmsalı fərqlidir
Azərbaycanın qida məhsulları ilə özünü təmin etmə əmsalı bəzi məhsullar üzrə tam tələbatı ödəyir, bəziləri üzrə 70-80 faiz nisbətindədir, bəziləri üzrə isə 60 faizdən aşağıdır. Müşavirədə səsləndirilən rəqəmlərdən də aydın olur ki, ən strateji məhsul olan ərzaq buğdası ilə təminat yüksək deyil və tələbatın təxminən yarısı idxal hesabına təmin edilir: “Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır.”
Eləcə də, bitki yağları və kərə yağı üzrə də təminetmə əmsalı təxminən 60 faiz həddindədir və idxaldan asılılıq çoxdur. Məhz bu nöqteyi-nəzərdən həmin əsas qida mallarının istehsal zəncirinin qurulması üçün davamlı tədbirlərə ehtiyac var. Su və torpaq resurslarından səmərəli istifadə də aqrar sahənin inkişafında mühüm amillərdən biridir. Su itkisinin qarşısının alınması məqsədilə müasir suvarma sistemlərinin (yağışdırma və damlama) tətbiqinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə yeni su anbarlarının və infrastrukturun qurulması bu istiqamətdə görüləcək işlərdən biri kimi qarşıda durur. Torpaqlardan səmərəli istifadə aqrar inkişafın ən vacib elementlərindən biridir. Yeni ssenarilərə əsasən, məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizi aparılacaq ki, məqsəd hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsinin daha məqsədəuyğun olmasını müəyyənləşdirməkdir. Burada rayonlaşma məsələləri də nəzərdən keçiriləcək, hansı rayonda hansı məhsulun yetişdirilməsi daha faydalıdır, daha çox məhsuldardır, bu təhlil əsasənda yeni istehsal xəritəsi hazırlanacaq. Eləcə də, innovasiyaların tətbiqi, rəqəmsallaşma, Elektron Kənd Təsərrüfatı sisteminin inkişafı və yüksək məhsuldar toxum və cins heyvanların istifadəsi də intensiv inkişafa mühüm təsir göstərir. Ona görə də, sahələrarası təhlillər aparılarkən onun elektron resusrslara, yeni texnologiyalardan istifadəyə üstünlük veriləcək, süni intellekt, peyk imkanları əsasında planlaşdırma həlləri işləniləcək.
Kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalının artırılması da ən zəruri faktorlardan sayılır. Xüsusilə də, son aylarda dünyada gübrə tədarüklərində yaranan böhranlar Azərbaycanın bu sahəyə diqqətini daha da artırıb. Ölkəmizdə faəliyyət göstərən Karbamid zavodu yerli tələbatı ödəyir, hətta bir çox ölkənin azot gübrələri ilə təminatında rol oynayır. Ancaq bu, cəmi bir növ gübrədir və aqrar sahədə bir çox növ gübrələr tələb olunur. Bu baxımdan gübrə istehsalı çeşidinin artırıması və qarışıq gübrə istehsalı kompleksinin yaradılması üçün xarici şirkətlərlə müzakirələr aparılır.
Torpaqlardan səmərəli istifadə, dayanıqlı su təchizatı
Dayanqılı su təchizatı olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil. Hazırda ictra edilən önəmli layihələr, su anbarlarının tikintisi və yenidən qurulması, habelə Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının bərpası və inşası su təminatı üçün böyükhəcmli resurs bazası formalaşdıracaq. Təkcə, azad ərazildəki bərpa edilən anbarlar, xüsusilə də Sərsəng və Suqovuşan su anbarları Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu da su ilə təmin edəcək, digər kanalın tikintisinin yekunlaşması isə 8 rayona, təqribən 100 min hektar torpağa su verilməsində mühüm rol oynayacaq. Həmçinin, yenidən qurulan Şirvan və Qarabağ kanalının bərpasının başa çatdırılması sayəsində 200-300 min hektar torpağa su veriləcək.
Müşavirədə bu məsələlərin hər birinə ayrıca toxunuldu, dövlət başçısı, həmçinin, subsidiya və güzəştli maliyyələşmə mexanizminin təkmilləşdirilməsinə dair müvafiq qurumlara tapşırıq verdi.
Rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi də müasir çağırışlardan biridir. Bundan başqa, intensiv bağçılığın genişləndirilməsi, o cümlədən azad edilmiş torpaqlarda salınan meyvə bağlarının sahəsinin artırılması, bölgələrdə yeni meyvə təsərrüfatlarının, istixana komplekslərinin yaradılması əsas prioritetlərdəndir.
Xarici investorlara mesaj: Azərbaycanda sağlam sərmayə mühiti təmin edilib
Dövlət başçısı ölkəmizdə təmin edilmiş əlverişli investisiya mühiti şəraitində sərmayə qoyuluşlarının artırılması üçüm təşviqedici siyasətin davam etdiriləcəyini də xatırlatdı. Xüsusilə də, xarici sərmayələrin cəlb olunması, o cümlədəm əsas prioritet sahə olan qeyri-neft sektoruna cəlb edilməsi üçün həyata keçirilən bir çox təşviq layihələrinin bu istiqamıətdə mühüm rol oynaycağına əminlik ifadə edildi. Ölkəmizdə təmin edilmiş sağlam investisiya mühiti xarici investorların fəaliyyətinə əlverişli zəmanət verir: “Biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır”.
Yerli istehsalın artırılması, ixrac coğrafiyasının genişləndirilməsi
Qarşıda duran ümdə vəzifələrdən biri ixrac məhsullarının həm çeşidinin, həm də coğrafiyasının şaxələndirilməsidir. Bu məqsədlə ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış üçün imkanların da artırılması qarşıda duran vacib məsələlərdən biridir. Tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə ediləcək. Həmçinin, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə və “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi üçün müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur.
Azərbaycan iqtisadiyyatının yeni situasiyada və hazırkı şərait ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlər ön plana çəkilməsini zəruri edir. Eyni zamanda, ölkəmizin sənaye potensialının artırılması, bölgələrdə sənaye zonalarının, fermer təsərrüfatlarının yaradılması prosesinin aparılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində digər layihələrin həyata keçirilməsinin zəruriliyi qarşıya məqsəd qoyulub. Bütün bu kompleks və sistemli tədbirlərin həyata keçirilməsi üçün 2026-2030-cu illərə dair kənd təsərrüfatının yeni inkişaf proqramı icra ediləcək. Proqramda dövlət maliyyə təchizatçısı çıxış edəcək və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait proqnozlaşdırılır. Ancaq özəl sektorun da üzərinə böyük yük düşəcək, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq.
Beləliklə, Prezident İlham Əliyevin müşavirədə iqtisadiyyatın və aqrar sahənin yeni inkişaf hədəfləri ilə bağlı fikirləri kənd təsərrüfatı sahəsində konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və yol xəritəsi hesab edilə bilər. Bu proqram xarakterli çıxış qarşıda duran yeni tədbirlərin ssenarilərini, atılacaq addımların hədəflərini özündə əks etdirir. Bu istiqamətlər aqrar sahədə əlavə tədbirlərin icrası ilə yanaşı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara yeni maliyyə dəstəklərinin göstərilməsi, xarici investisiyaların cəlb edilməsi, daxili bazarın qorunması və milli istehsalın böyüməsi üçün mühüm prioritetlərə nail olmağa imkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

