Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qırğızıstanda elektrik avtomobillərinin sayı üç dəfə artıb

Qırğızıstanda elektrik avtomobillərinin sayı üç dəfə artıb

23.02.2026 [19:34]

2025-ci il ərzində Qırğızıstanda elektrik avtomobillərinin sayı 9 min 870 ədəd təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə üç dəfə çoxdur.

AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə ümumilikdə 15 min 278 elektrikli nəqliyyat vasitəsi qeydiyyata alınıb. Bu isə bütün avtomobillərin 0,8 faizinə bərabərdir.

Son illərdə ölkədə avtomobillərin ümumi sayı da artıb: 2024-cü ildə 1 milyon 697 min 100 avtomobil qeydiyyatdan keçmişdisə, 2026-cı ilin əvvəlinə bu rəqəm 1 milyon 909 min 961-ə çatıb.

Yeni layihələr çərçivəsində Bişkekdə "yaşıl taksi" layihəsi də başlanır. Nazirlik bildirir ki, ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafı hava keyfiyyətinin yaxşılaşdırılması və dayanıqlı şəhər inkişafına töhfə verəcək.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28