Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Apple” kiçik masaüstü kompüter istehsalının bir hissəsini ABŞ-yə köçürəcək

“Apple” kiçik masaüstü kompüter istehsalının bir hissəsini ABŞ-yə köçürəcək

24.02.2026 [22:40]

“Apple” şirkəti “Mac” masaüstü mini kompüter istehsalının bir hissəsini ABŞ-yə köçürməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, “Wall Street Journal” nəşrinin məlumatına görə, yeni istehsal xətti bu il “Foxconn” şirkətinin Hyuston şəhərindəki zavodunda fəaliyyətə başlayacaq. Buna baxmayaraq, masaüstü mini kompüterin Asiyadakı istehsalı da davam etdiriləcək. Hyustondakı müəssisə ilkin mərhələdə yalnız yerli tələbatı ödəyəcək.

Qeyd edək ki, hazırda “Apple” məhsullarının, o cümlədən “iPhone” və “iPad” cihazlarının əsas hissəsi Asiyada, xüsusilə də Çində istehsal olunur. Bununla belə, son illər istehsalın bir qismi Vyetnam, Tailand və Hindistana köçürülüb.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28