Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kvirikaşvili: Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu dostluğumuzu daha da möhkəmləndirəcək

Kvirikaşvili: Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu dostluğumuzu daha da möhkəmləndirəcək

26.02.2026 [15:13]

Ümid edirik ki, Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu hər üç ölkə arasında iqtisadi, ticari əlaqələrinin genişlənməsində böyük rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirikaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstana dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin iqtisadiyyat nazirlərinin, eləcə də 350-dək iş adamının Gürcüstana gəlməsi, burada iqtisadi əlaqələrin genişlənməsinə dair müzakirələr aparması mühüm əhəmiyyət kəsb edir.

"Biz forumda, eləcə də həmkarlarım ilə ikitərəfli görüşlərimizdə həm regional, həm də beynəlxalq layihələri müzakirə etdik. Bu da bizə Avropa və Asiya ilə də əlaqələrimizi daha da genləndirməyə imkan verəcək. Əminən ki, forum dövlətlərimiz arasındakı mövcud əlaqələri, həmçinin dostluğumuzu və tərəfdaşlığımızı daha da möhkəmləndirəcək", - deyə Kvirikaşvili vurğulayıb.

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28