Xocalı Soyqırımı Memorialı – Gələcək nəsillərə əmanət yaddaş məktəbi
02.03.2026 [09:56]
20-ci əsrin sonlarında Cənubi Qafqazda baş verən hadisələr Azərbaycan tarixində silinməz izlər buraxdı. Bu hadisələrin ən ağrılı və dəhşətlisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı idi. Bu faciə təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına yazılmış qanlı tarixdir.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişə qısa müddətdə silahlı qarşıdurmaya çevrildi. O dövrdə Qarabağ bölgəsində yerləşən Xocalı şəhəri strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Şəhərdə yeganə hava limanı yerləşirdi və bu səbəbdən Xocalı hərbi və siyasi baxımdan hədəfə çevrilmişdi. 1992-ci ilin fevralında şəhər mühasirəyə alınmış, elektrik enerjisi və digər həyati təminat vasitələri kəsilmişdi. Mülki əhali ağır şəraitdə yaşayır, humanitar böhran dərinləşirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Xankəndidə yerləşən SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalıya hücum edildi. Rəsmi məlumatlara görə 63 uşaq, 106 qadın, 70 ahıl insan olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülmüş, yüzlərlə insan yaralanmış və itkin düşmüşdür.
Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və video materiallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bu addımlar Ulu Öndərin siyasi müdrikliyi və qətiyyəti sayəsində atılmış, tarixi soyqırımın dünya ölkələri tərəfindən rəsmən tanınması prosesi başladılmışdır.
Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən bəri milli prioritet kimi qarşıya qoyduğu başlıca məqsədlərdən biri Xocalı soyqırımını dünya müstəvisində tanıtmaq və haqq mübarizəmizi dünya ölkələrinə göstərmək olmuşdur. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir. Gərgin şəraitdə görülən aramsız işlər, atılan addımların nəticəsidir ki, bugün 20-yə yaxın ölkə Xocalı dəhşətini Soyqırımı kimi rəsmən tanıyır.
Xocalıda törədilmiş vəhşətin qisası 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qüsursuz rəhbərliyi ilə qəhrəman vətən oğullarımızın misli görülməmiş şücaəti ilə anbaan alındı. O cümlədən 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı.
Yaşanmış qanlı tarixin, dinc əhalimizə qarşı törədilmiş bütün cinayətlərin gələcək nəsillərə təhrifsiz, düzgün çatdırılması məqsədi ilə 2025-ci ildə Cənab Prezident tərəfindən Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanmışdır. Bu ilin 26 fevral tarixində – insanlığa qarşı cinayətin törəndiyi gündə Xocalı Soyqırımı Memorialının açılış mərasimi olmuşdur. Cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etmişdir. Açılış mərasimində Cənab Prezidentin səsləndirdiyi mühüm nüanslardan biri, bu Memorial Kompleksin açılışının təsadüfi hadisə olmadığı olmuşdur.
“Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.”
Həqiqətən bu, Azərbaycan xalqının həqiqi Liderinin aramsız və qətiyyətli mübarizəsi, dünya xalqlarının tarixində nadir hallarda rast gəlinən liderlik iradəsi və uzaqgörən siyasətin məntiqi nəticəsidir. Həmin Liderdir ki, bu gün Azərbaycanımızı dünya miqyasında başı dik və sarsılmaz duruşlu ölkə mövqeyində saxlayır. Müəyyən qüvvələr bu gün regionda Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Xalqımızın üzərindəki cinayətkar əllər artıq kəsilib. Bu gün Azərbaycan hərbi cinayətkarları məhkəməyə çıxararaq bütün dünyaya göstərir ki, qisasımızı ən kiçik zərrəsinədək alaraq, öz ədalətimizi öz gücümüz hesabına bərpa edirik.
Bu gün Xocalı Soyqırımı Memorial kompleksi həmin qanlı gecədə həlak olmuş günahsız soydaşlarımızın müqəddəs ruhlarının görüş yeri, bizim isə vicdanımızın sınaq məkanı, yaddaşımızın and yeridir. Bura təkcə bir abidə deyil — xalqın ağrısının daşlaşmış simvolu, ədalətə sədaqətimizin ifadəsi, gələcək nəsillərə ötürülən tarixi həqiqətin canlı dərsidir. Bu məkanda ədalət danışır, müqəddəs ruhlar şahidlik edir, tarix isə unudulmamağa and içir.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59

