Azərbaycana qarşı təxribatlar öz nəticəsini verməyəcək
05.03.2026 [17:35]
İranın Naxçıvana PUA zərbələri endirməsi faktiki olaraq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan bu günə qədər İrana qarşı heç bir hərbi və diplomatik təzyiqlərə qoşulmayıb, koalisiyada yer almayıb. Əksinə, dinc dövrdə belə İrandan Azərbaycana sərt təhdidlər olub, amma münasibətlərin normallaşdırılması istiqamətində rəsmi Bakı loyallıq göstərib. Azərbaycan hər zaman İrana qarşı konstruktiv mövqeyi ilə seçilib.
Azərbaycan İranın ərazi bütövlüyünü dəstəklədiyi kimi, İrana qarşı edilən hücumları da hər zaman pisləyib. Amma bu gün görünən odur ki, İrandakı mövcud molla rejimi təkcə özü deyil, region və dünya üçün də ciddi təhlükə yaradır. Faktiki olaraq, müharibə ilə yaxından-uzaqdan əlaqəsi olmayan və heç bir halda ölkə ərazisində başqa ölkəyə məxsus hərbi bazaları olmayan bir ölkəyə qarşı hücumlar edildi. Bu, İranın beynəlxalq hüquq və norma prinsiplərinə riayət etməyən, təcavüzkar ölkə olduğunu göstərdi. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun ərazisi heç vaxt üçüncü tərəflər tərəfindən İrana qarşı istifadə olunmayıb və olunmayacaq. Bu mövqe cənab Prezident İlham Əliyev tərəfindən də dəfələrlə ifadə edilib və əməli addımlarla təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında baş verən faciəli hadisələrlə əlaqədar humanist mövqe ortaya qoyub, İranın Ali Rəhbəri Əli Xamenei və digər həlak olanlarla bağlı başsağlığı ünvanlayıb, İranın Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazıb. Belə bir fonda İran ərazisindən həyata keçirilən dron hücumu nə diplomatik məntiqə, nə də beynəlxalq hüququn norma və prinsiplərinə sığır. Dövlət sərhədinin pozulması, mülki obyektlərin hədəfə alınması və insanların həyatının təhlükəyə atılması açıq şəkildə suverenliyə qarşı yönəlmiş hərəkətdir.
Dövlətlərarası münasibətlər qarşılıqlı hörmət, suverenliyə riayət və beynəlxalq hüquq prinsipləri üzərində qurulmalıdır. Mövcud insidentin obyektiv araşdırılması, məsuliyyətin müəyyənləşdirilməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri siyasi-diplomatik addımların atılması regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

