Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bələdiyyə seçkilərində son həftə: Paris meri kim olacaq?

Bələdiyyə seçkilərində son həftə: Paris meri kim olacaq?

10.03.2026 [21:22]

Fransada bələdiyyə seçkilərinə qızğın hazırlıq gedir. Seçki kampaniyası son həftəsinə daxil olduğu bir vaxtda xüsusilə Paris bələdiyyəsi üzrə olduqca gərgin mübarizə gözlənilir. Martın 15-də baş tutacaq səsvermənin ilk turundan sonra Parisdə ikinci tura hətta beş namizədin vəsiqə qazana biləcəyi ehtimal edilir.

AZƏRTAC xəbər verir ki, hazırkı mərhələdə yalnız bir məqam aydındır: sorğulara əsasən iki namizəd paytaxt meri olmağa daha yaxındır. Bunlardan biri sol qüvvələrin əksəriyyətini birləşdirən Emmanuel Qrequar, digəri isə sağçı blokun namizədi Raşida Datidir. Dati Respublikaçılar və Demokrat Hərəkat partiyaları tərəfindən dəstəklənir.

Sabiq mədəniyyət naziri Raşida Dati açıqlamasında seçiciləri dəyişiklik üçün taktiki səs verməyə çağırıb. O, rəqibi Emmanuel Qrequarın siyahısını tənqid edib və sol qüvvələrin Parisdəki idarəçiliyini sərt şəkildə hədəfə alıb.

Hər iki əsas namizəd cümə axşamı Parisdə mitinq keçirərək, tərəfdarları qarşısında çıxış edəcəklər.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31