Akademik düşüncəmizin bayramı — "Elm Günü"
13.04.2026 [11:38]
9 aprel 2018-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 27 mart ölkəmizdə “Elm Günü” kimi təsis edilmişdir. Sərəncam elmin, alimlərin, akademik düşüncəsinin əhəmiyyətini ifadə etməklə, elmi biliklərin həm də milli sərvətimiz kimi təşviqinə göstərilən diqqətdir. Bu baxımdan 27 mart tarixi elm adamlarının, bütövlükdə ölkəmizin intellektual potensialına töhfə verən və bu sahədə fəaliyyət göstərən hər kəsin peşə bayramı olaraq tariximizdə yer alıb, rəsmiləşib. Sərəncamla cəmiyyətimizə bir daha çatdırılmışdır ki, intellektual potensialla dövlətin həyata keçirdiyi siyasət çox bağlıdır və elm ümummilli miqyasda inkişafın alternativsiz vasitəsi, strateji xəttidir.
Elmi innovasiyaların yeni dövrün tələblərinə uyğunlaşdırılması, elmi fəaliyyətin dövlət siyasəti ilə qarşılıqlı şəkildə koordinasiya edilməsi ölkəmizin yeni inkişaf modelinə keçiddə çox böyük rol oynayıb. Yeni dövrün reallıqları həm də onu göstərdi ki, bütün sahələrdə olduğu kimi, milli ideologiya, milli kimlik, mədəni və mənəvi dəyərlərə yanaşmada elmin vəzifələri indi daha da artıb.
2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bu vəzifələrin yerinə yetirilməsində yeni mərhələnin əsasını qoydu. Ölkəmizin ali elmi təşkilatı olaraq AMEA-nın bütün strukturlarla sıx şəkildə fəaliyyət göstərməsi yeni dövrün zəruri tələbi kimi qarşıya qoyuldu. Bu çağırışlar dilimizin, tariximizin, milli ideologiyamızın gələcəyi üçün elmi fəaliyyətin səfərbər olunmasını və Azərbaycan elminin qarşısında duran yeni tarixi vəzifələrin həll edilməsinə dəstəyi ifadə etmişdir.
Çünki regionda və dünyada baş verən proseslər göstərir ki, zəngin milli və intellektual sərvətlərimizə qarşı hər zaman olduğu kimi, bu gün də hücumlar, kölgə salmaq cəhdləri var. Belə cəhdlərin qarşısının alınmasında elmin və elm adamlarının düşüncəsi, zəkası güclü vasitədir.
Böyük ənənəsi ilə xalqımızın milli sərvəti olan AMEA-nın ölkəmizin intellektual potensialının formalaşmasındakı rolu və dövlətimizin yanında olması cəmiyyətimizə aydın olan həqiqətdir. Məhz bu istiqamətdə elmin koordinasiya edilməsi və yeni hədəflərin elmi əsaslarının müəyyənləşdirilməsi yeniləşən Akademiyanın ən böyük vəzifəsidir.
Bu vəzifələr AMEA-nın “2025–2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin bölmələrində və bu konsepsiyanın həyata keçirilməsini zəruri edən amillərdə əksini tapmışdır. Bu konsepsiya elmi dövlət siyasətinin yeni istiqamətləri ilə daha da sıx şəkildə bağlayır, onun yerini, məqsəd və vəzifələrini aydın şəkildə önə çıxarır.
Bütün bunlar elmin və akademik düşüncənin xalqımız, dövlətimiz üçün nə qədər önəm kəsb etdiyini göstərir. Dəyərli həmkarlarımızı “Elm Günü” münasibətilə təbrik edir, güclü Azərbaycan naminə səmərəli elmi fəaliyyət arzulayıram.
Sənan Həsənov
AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17

