Azərbaycanda tütün əkinlərinin sığortasına start verilib
24.04.2026 [19:52]
Azərbaycanda tütün əkini sahələri üzrə aqrar sığorta müqavilələrinin imzalanması dövrü başlayıb.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən sərfəli aqrar sığorta mexanizmi tütün sahələrini çoxsaylı risklərdən qoruyur. Hazırda ölkədə tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edirlər. Aqrar sığorta mexanizmi bu fermerlərin gəlirlərini qorumağa imkan verir.
Azərbaycanda 3,2 min hektar ərazidə tütün becərilir, bunun 2,6 min hektarı ailə, fermer və kəndli təsərrüfatlarının payına düşür. Tütün sahələrindən hər il 8 min tondan artıq məhsul toplanır. Toplanan məhsul Azərbaycanda tütün məmulatlarının istehsalı üçün xammal kimi istifadə edilir və dolayısı ilə ölkədən ixraca dəstək verir.
Tütün əkinləri Azərbaycanda Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Naxçıvan və Lənkəran-Astara regionları ərazisnidə ümumilikdə 9 rayonda becərilir. Tütün əkinlərinin böyük hissəsi Şəki-Zaqatala regionunun payına düşür. Belə ki, Şəki rayonunda 1805 hektar, Qaxda 474 hektar, Zaqatalada 403 hektar, Oğuz rayonunda 177 hektar, Balakəndə 43 hektar, Qəbələ rayonunda isə 10 hektar ərazidə tütün əkinləri var. Digər bölgələrdən, Goranboyda 180 hektar, Naxçvan Muxtar Respublikasının Kəngərli rayonunda 20 hektar, Masallı rayonunda isə 15 hektar tütün sahəsi var. Hər hektardan orta məhsuldarlıq 27 tona bərabərdir. Ən yüksək məhsuldarlıq Balakən (35 ton/hektar) və Şəki (30 ton/hektar) rayonlarındadır.
Ölkəmizdə yüzlərlə fermer və təsərrüfat tütün təsərrüfatı ilə məşğuldur. Onların və ailələrinin gəlirləri, eləcə də rifah səviyyəsi tütün sahələrindən toplanan məhsul və onun satışından birbaşa asılıdır.
Qeyd edək ki, təbiət hadisələrinə qarşı həssas olan tütün bitkisi müxtəlif səbəblərdən zərər görə bilər. Tütün sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Bundan başqa, tütün məhsulu doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır, belə ki, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə, əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər.
Aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir. Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə, fermerlər tütün sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Bir hektar sahədən orta hesabla 20 ton tütünün yığıldığını və məhsulun kiloqramının qiymətinin 0,3 manat olduğunu nəzərə alanda 1 hektar tütün sahəsindən toplanan məhsulun qiyməti 6 min manat təşkil edir. Şəki-Zaqatala bölgəsində bu həcmdə məhsulun çoxsaylı risklərdən sığortalanması fermerə cəmi 250-260 manata başa gələcək.
Aqrar Sığorta Fondu tütün sahələri üzrə fermer və təsərrüfatlara indiyədək 186 min maat ödənişlər həyata keçirib. Bu ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında, tütün sahələrinə dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib, sığorta ödənişləri bu il də davam etməkdədir.
Tütün sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir. Aqrar Sığorta Fondu tütün becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır. Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları fondun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar. Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

