Təhlükəsizlik mədəniyyəti...
28.04.2026 [08:51]
Müasir dünyada əmək təhlükəsizliyinin əhəmiyyəti artır
Müasir dünyada sürətli sənayeləşmə və texnoloji inkişaf fonunda iş mühitində risklərin artdığı bir reallıqdır. Dünya təcrübəsindən bəllidir ki, inkişaf etmiş bütün ölkələrdə vətəndaşların işçi olaraq hüquqlarının qorunması mühüm amillərdən sayılır. Əməyin mühafizəsi artıq sadəcə qaydalar toplusu deyil, strateji prioritet kimi qəbul edilir. Bu sahədə atılan hər bir addım insan həyatını xilas edə biləcək gücə malikdir.
Məlumdur ki, insanların əməyinin mühafizəsi, onların sağlam və təhlükəsiz iş şəraitində işləməsi sosial siyasətin əsas prioritetlərindən biridir. İnsan amilinin uca tutulduğu ölkələrdə bu prioritetlərin labüdlüyü çoxdan təsdiqlənib. Təhlükəsiz iş şəraiti hər bir insanın fundamental hüququdur və işə gedən hər kəsin günün sonunda sağ-salamat evinə qayıtması sadəcə arzu deyil, təmin olunmalı olan bir reallıqdır. Buna görə də həm işəgötürənlər, həm də işçilər bu məsuliyyəti birlikdə bölüşməli və təhlükəsizlik mədəniyyətini gündəlik həyatın ayrılmaz hissəsinə çevirməlidirlər.
Əməyin mühafizəsi nədir?
Əməyin mühafizəsi dedikdə istehsal prosesində işçilərin təhlükəsizliyini təmin edən iqtisadi, təşkilati, texniki və hüquqi tədbirlərin məcmusu başa düşülür. Müasir dövrdə insanların əmək fəaliyyəti ən mürəkkəb istehsal alət və vasitələrdən istifadə ilə əlaqədardır. Bu zaman bədbəxt hadisələrə və digər ağır nəticələrə yol verməmək üçün işçilər təhlükəsizlik texnikası ilə tanış edilməli, müasir şəraitinə uyğun əmək təhlükəsizliyi qaydaları yaradılmalı, əməyin mühafizəsi üzrə münasibətləri nizama salan yeni normalar işlənib hazırlanmalıdır. İstehsalatda əməyin mühafizəsi müəssisə rəhbərinə və digər vəzifəli şəxslərə həvalə olunur. Onlar baş verən bütün pozuntulara görə məsuliyyət daşıyırlar.
Dünyanın 100-dən çox ölkəsində...
Aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən elan olunan bu gün hazırda dünyanın yüzdən çox ölkəsində qeyd edilir. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunmasında məqsəd cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.
Dünyada hər il 2,34 milyon insan...
BƏT-in məlumatına görə, hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir. Hər il istehsalatla əlaqəli bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində isə təxminən 2,34 milyon nəfər həlak olur. Bu, hər gün orta hesabla 6 min insan deməkdir. Hər il 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları nəticəsində dünya üzrə ümumi daxili məhsulun 4 faizinin və ya 2,8 trilyon ABŞ dollarının itirilməsi ilə nəticələnir.
Bütün bunlar əməyin mühafizəsini aktuallaşdıran problemlər kimi çıxış edir. BƏT-in qəbul etdiyi və dövlətlərin qoşulduğu konvensiyaların böyük əksəriyyəti məhz əməyin təhlükəsizliyi, layiqli əməyin təmin olunması məsələlərini əhatə edir.
Əməyin mühafizəsi ölkəmizdə də sosial siyasətin əsas məqsədlərindən biridir. Azərbaycan 1992-ci ildən bəri üzvü olduğu BƏT- in bu sahədə olan bütün konvensiyalarına qoşulub. Daha dəqiq ifadə etsək, ölkəmiz tərəfindən BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyası ratifikasiya olunub. 2004-cü ildən etibarən isə Azərbaycanda Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

