Qaradağ rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub
13.06.2026 [13:48]
2026-cı il iyunun 11-də Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının 15 İyun – Milli Qurtuluş Günü münasibətilə birgə təşkil etdiyi “Milli Qurtuluşdan – Zəfərə” adlı bayram tədbiri keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, bələdiyyə nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, partiya fəalları, ictimaiyyət nümayəndələri və çoxsaylı rayon sakinləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını və müasir Azərbaycanın inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, dünya tarixi haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. İllər ötəcək, qərinələr bir-birini əvəz edəcək, əsrlər tamamlanacaq, lakin tarix bir həqiqəti heç vaxt unutmayacaq – Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, onun xalqı naminə göstərdiyi misilsiz xidmətləri və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində oynadığı əvəzsiz rolu. Bu böyük şəxsiyyət Azərbaycan tarixinin qızıl səhifələrində əbədi yaşayacaq, onun yaratdığı dövlətçilik məktəbi isə gələcək nəsillərə daim yol göstərəcəkdir.
Bildirilib ki, Azərbaycan naminə çalışmaq, öyrənmək və inkişaf etmək bizim yolumuzdur. Bu gün biz fəxrlə deyə bilərik ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası uğurla davam etdirilir. Məhz buna görə də əsas vəzifələrimizdən biri gənc nəslin düzgün formalaşdırılması, onların savadlı, geniş dünyagörüşlü və vətənpərvər ruhda yetişdirilməsidir. Hər bir gənc yalnız fərd kimi deyil, həm də dövlətinə bağlı bir vətəndaş kimi formalaşmalı, xalqına xidmət etməyi özünə mənəvi borc bilməlidir. Bu, Ulu Öndərin bizlərə əmanət etdiyi müqəddəs missiyadır.
Vurğulanıb ki, bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələr fəth edir. Dövlətimizin başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionun və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Azərbaycan bu gün daha qüdrətli, daha sabit və daha inkişaf etmiş ölkə kimi yeni uğurlara doğru inamla irəliləyir.
Qeyd edilib ki, bu inkişafın təməlində xalqımızın birliyi, dövlətə inamı və Prezident İlham Əliyevin ətrafında sıx həmrəyliyi dayanır. Biz də bu yolda bir amal ətrafında birləşərək dövlətimizin yanında olmalı, milli həmrəyliyimizi qorumalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur – Azərbaycanı daha güclü, daha qüdrətli və daha yüksək zirvələrə aparmaq borcu. İnanırıq ki, bu müqəddəs yolda qətiyyətlə addımlayan Azərbaycan daha da güclənəcək, daha parlaq gələcəyə sahib olacaqdır.
Möhtəşəm bədii proqramla davam edən tədbirdə incəsənət ustalarının ifasında Vətənə, Ümummilli Lider Heydər Əliyevə və Böyük Zəfərə həsr olunmuş mahnılar səsləndirilib, rəqs nömrələri təqdim olunub.
Bayram tədbiri Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

