Şuşa Bəyannaməsi: birlik, həmrəylik və qarşılıqlı etimad nümunəsi
13.06.2026 [18:58]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
2021-ci il iyunun 15-də qədim Azərbaycan şəhəri Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoyan mühüm siyasi sənəd kimi tarixə düşüb. 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfərdən sonra imzalanan bu sənəd dövlətlərarası əlaqələrin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji yol xəritəsinə çevrilib.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin əsasında dayanan tarixi dostluğun, qardaşlığın və qarşılıqlı etimadın ən yüksək səviyyədə təsdiqi oldu. Bəyannamə tarixə söykənir və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri ilə Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyasının müasir dövrdə siyasi təcəssümüdür.
Bu sənəd ilk növbədə Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığını və müttəfiqliyini bütün dünyaya nümayiş etdirən mühüm siyasi mesajdır. İki dövlət arasında münasibətlər artıq ənənəvi dostluq çərçivəsindən çıxaraq müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu müttəfiqlik ortaq tarixə, mədəni köklərə, milli maraqlara və gələcəyə dair ümumi baxışa əsaslanır. Bəyannamənin Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Ermənistanın işğalından azad edilmiş mədəniyyət paytaxtında imzalanan sənəd Zəfərin siyasi nəticələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Şuşa Bəyannaməsinin yalnız təhlükəsizlik və müdafiə məsələlərini deyil, siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, təhsil, elm, mədəniyyət, gənclər siyasəti və humanitar əməkdaşlıq sahələrini də əhatə edir. Son illərdə iki dövlət arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların yüksəlməsi və birgə layihələrin həyata keçirilməsi məhz bu strateji yanaşmanın nəticəsidir. Qarşılıqlı investisiya qoyuluşları yeni istehsal sahələrinin yaradılmasına, logistika imkanlarının genişlənməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır.
Şuşa Bəyannaməsi regionun nəqliyyat və logistika xəritəsinin yenidən formalaşdırılmasına da mühüm töhfə verir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi Türk dünyasının coğrafi birliyinin təmin olunması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu layihə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında yükdaşımaların həcmini artırmaqla beynəlxalq ticarət marşrutlarının genişlənməsinə xidmət edir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi və Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi regionun tranzit potensialını daha da gücləndirir. Orta Dəhlizin inkişafı baxımından da Şuşa Bəyannaməsi xüsusi əhəmiyyətə malikdir. Bu marşrut Avropa ilə Asiyanı birləşdirən ən etibarlı və perspektivli nəqliyyat xəttlərindən biri kimi dəyərləndirilir.
Sənəd iki dövlətin təhlükəsizliyinə qarşı təhdidlər zamanı qarşılıqlı dəstək mexanizmlərini müəyyənləşdirir və hərbi əməkdaşlığın daha da gücləndirilməsini nəzərdə tutur. Birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir hərbi texnologiyaların tətbiqi və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması bu istiqamətdə əldə olunan mühüm nəticələrdəndir. Vətən müharibəsində qazanılmış təcrübə təsdiqləyir ki, müasir hərbi texnologiyalar və strateji tərəfdaşlıq regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Şuşa Bəyannaməsi bu əməkdaşlığın uzunmüddətli əsaslarını formalaşdırmışdır.
Bəyannamədə xarici siyasət sahəsində əməkdaşlıq xüsusi yer tutur. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin gücləndirilməsi, regional və qlobal təhlükəsizlik məsələlərində ortaq mövqedən çıxış edilməsi barədə razılığa gəlmişlər. Bu gün Azərbaycan və Türkiyə beynəlxalq platformalarda bir-birinin milli maraqlarını dəstəkləyən, mühüm qlobal təşəbbüslərdə birlik nümayiş etdirən strateji tərəfdaşlar kimi çıxış edirlər. Bu əməkdaşlıq hər iki dövlətin beynəlxalq nüfuzunun və siyasi çəkisinin artmasına mühüm töhfə verir.
Şuşa Bəyannaməsi təkcə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən sənəd deyil, eyni zamanda regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji konsepsiyadır. Bu sənəd siyasi, iqtisadi, hərbi, humanitar və informasiya sahələrində əməkdaşlığın yeni mərhələsini formalaşdıraraq Türk dünyasının birliyinin möhkəmlənməsinə, regional təhlükəsizliyin güclənməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.
İmzalanmasından beş il keçməsinə baxmayaraq, Şuşa Bəyannaməsi öz aktuallığını qoruyur və Azərbaycan-Türkiyə qardaşlığının, strateji müttəfiqliyinin və ortaq gələcək baxışının ən mühüm siyasi komponentlərindən biri olaraq qalır. Bu sənəd gələcək nəsillər üçün də dostluğun, həmrəyliyin və birgə inkişafın etibarlı yol xəritəsi kimi əhəmiyyətini davam etdirəcəkdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

