YAP Kəlbəcər Rayon Təşkilatı “Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirdi
12.06.2026 [12:13]
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri üzrə sektor müdiri Faiq Məmmədov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər Rayon Dövlət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Rayon Statistika İdarəsinin müdiri Ramin Salmanov, Kəlbəcər rayon təhsil sektorunun məsul əməkdaşı Məftun Kamalov, YAP fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri üzrə sektor müdiri Faiq Məmmədov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər Rayon Dövlət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Rayon Statistika İdarəsinin müdiri Ramin Salmanov, Kəlbəcər rayon təhsil sektorunun məsul əməkdaşı Məftun Kamalov, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri Aygün Əmirahova və Rəşanə Məmmədova çıxış edərək bildiriblər ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və müstəqilliyimizin qorunub saxlanılması baxımından mühüm əhəmiyyətə malikdir.
Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq, xaos və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək ölkədə sabitlik və inkişafın əsasını qoyub. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli mövqe qazanıb, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanıb, iqtisadi inkişafın təməli qoyulub, milli ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb və ölkənin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılıb.
Natiqlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq torpaqlarını işğaldan azad edib. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyi tam bərpa olunub və Azərbaycanın üçrəngli Dövlət Bayrağı bütün ərazilərimizdə qürurla dalğalanır.
Çıxış edənlər bildiriblər ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, müasir şəhər və kəndlər salınır, infrastruktur layihələri uğurla icra olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına Böyük Qayıdışı təmin edilir.
Tədbirdə vurğulanıb ki, 15 İyun 1993-cü ildə əsası qoyulan Milli Qurtuluş yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası, xalqımızın tarixi Zəfəri ilə öz məntiqi nəticəsinə çatıb.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

