Soyuq və şirin dad...
12.06.2026 [08:52]
Keyfiyyətli dondurmanı necə seçməli?
Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılırsa-danışılsın, bu soyuq və ləzzətli təam hələ də həm uşaqların, həm də böyüklərin sevimli desertlərindən biridir. Dondurmalar ölçüsünə, dadına və qiymətinə görə fərqlənir. Marketlərdə müxtəlif şirkətlərin istehsalı olan dondurmaya rast gəlmək olar. Ölkəmizdə yerli istehsalla yanaşı, Türkiyə və Rusiyadan gətirilən dondurmalar da satılır. Onların qiyməti isə müxtəlifdir. Ən ucuz dondurma 50 qəpik, ən bahalısı isə 47 manatadır.
Araşdırmalara görə, dondurma insanın əhvalını yaxşılaşdırır, stressi azaldır. Təbii ki, bütün bunlar yalnız keyfiyyətli məhsula aiddir. Saxta, ucuz, tərkibində palma yağı, kimyəvi qatqılar və s. ziyanlı maddələr olan dondurma sağlamlığa yalnız ziyan vura bilər.
Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçə bilmir. Düzgün olmayan və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz məqamlara diqqət etməkdə fayda var. Bəs, keyfiyyətli dondurmanı necə seçmək olar?
Acı dadı varsa...
Sualımızı cavablandıran Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, dondurmalar süd məhsulu olaraq təhlükəli məhsullar sırasına daxildir. Onun sözlərinə görə, isti aylarda ən çox gəlir gətirən sahələrdən biri də dondurma ticarətidir: “Dondurma tez həzm olunan süd məhsuludur. Bütün dondurmaların istehsalında kərə yağından istifadə edilir. Bəzi hallarda kakos yağından da istifadə edilə bilər. Dondurmanın dadında acılıq hiss olunursa, yaxud boğazda acılıq yaranırsa, bu, o deməkdir ki, hazırlanarkən ya vaxtı keçmiş, ya da turşumuş kərə yağından istifadə edilib. Yaxud da bitki yağı ilə hazırlanıb. Bu, yararsız dondurma hesab edilir. Hazırda ölkədə 27-dən çox dondurma istehsalçısı var ki, onlardan bəziləri kiçik sexlərdir”.
Maksimum 10 ay...
Birlik sədrinin sözlərinə görə, dondurma maksimum 10 ay müddətinə istifadə edilməlidir: “Bu gün ölkəyə xaricdən dondurmalar gətirilir ki, 1 ilə qədər yararlıq müddəti var. Belə hallar süd məhsulu üçün arzuolunan deyil. Xaricdən gətirilən dondurmalar daha təhlükəli hesab edilir. Çünki onlar daşınma zamanı müəyyən temperatur riskinə məruz qalırlar”.
1500 manat cərimə
E.Hüseynov qeyd edib ki, əgər dondurma əvvəl istiyə məruz qalıb, sonra yenidən dondurulursa, satışı qadağan olunmalıdır: “Belə məhsul satan şəbəkəni minimum 1500 manat cərimə gözləyir. Vətəndaşları bu cür şübhəli vəziyyətlər zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qaynar xəttinə məlumat verməyə çağırıram”.
Bu dondurmalardan uzaq durun!
AİİB sədri vurğulayıb ki, açıq şəkildə satılan dondurmalardan mümkün qədər uzaq durmaq lazımdır. Çünki adətən vaxtı keçmiş dondurmalar açıq şəkildə satılır və onun istehsal tarixi haqqında məlumat əldə etmək mümkün olmur: “Hətta bəzi sexlər var idi ki, yanvar ayından dondurma istehsalına başlayıb, qablaşdırmanın üzərində aprel ayını qeyd edərək satışa veriblər”.
Dondurma qabı əzilibsə...
E.Hüseynov bildirib ki, bir çox dondurma istehsal edən müəssisələr əhalinin xarici dondurmaya üstünlük verdiyini nəzərə alaraq xarici dondurmaların qablaşdırmasını imitasiya edərək yerli dondurmanı həmin qabda qablaşdıraraq satışa təqdim edirlər: “Bununla paralel satışda kifayət qədər köhnə dondurmalar var. Alarkən qablaşdırmaya fikir vermək lazımdır. Əgər qab əzilibsə, dondurma formasını itiribsə, bu, dondurmanın temperatur dəyişikliyinə məruz qaldığını göstərir. Vətəndaşların sağlamlığı öz əllərindədir. Dondurma alarkən onun hansı şəraitdə saxlanıldığına, məhsulda qeyd etdiyimiz keyfiyyətsizlik əlamətlərinin müşahidə edilib-edilmədiyinə fikir verməlidirlər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

