Qlobal investorlar narahatdır
12.06.2026 [10:50]
2026-cı ilin ikinci yarısında dünya iqtisadiyyatında qeyri-müəyyənliklər davam edəcək
2026-cı ilin birinci yarısında dünya iqtisadiyyatında baş verən təlatümlər davam etməkdədir. Hələ də mürəkkəb olaraq qalan qlobal proseslər cari ilin ikinci yarısında da maliyyə bazarlarında qeyri-müəyyənliklərin yenidən davam edəcəyinə işarə edir. Son aylarda Yaxın Şərqdə artan gərginliklərin davam etməsi, neft qiymətlərində dalğalanmalar və qızılın tarixi yüksək səviyyələrə yaxınlaşması bazarlarda qeyri-müəyyənliyi daha da artırıb. Neft, enerji bazarlarının və əsas valyutaların ilin sonunadək necə dəyişəcəyi ilə bağlı gözləntilər əvvəlki kimi aktuallığını qoruyur. Belə bir vəziyyətdə qlobal investorlar baş verən mənfi tendensiyaları diqqətlə izləyərək nəzərləri qarşıdakı ayların bazar fraqmentasiyalarına yönəldiblər. Bununla yanaşı, investorlar ABŞ Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı növbəti qərarlarını diqqətlə izləyirlər.
Ekspertlərn qənaətinə görə, ilin ikinci yarısında da dünya birjalarını qeyri-müəyyənlik və volatillik gözləyir. Qızıl bazarında qiymətlərin hərəkəti əsasən geosiyasi gərginliklərdən qaynaqlanacaq. Əksər ölkələrin Mərkəzi banklarının qızıl alışlarının və ehtiyatların diversifikasiya siyasətini davam etdirməsi sarı metalın qiymətinin artım istiqamətində hərəkət edəcəyini ehtiva edir. ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsi siyasəti də qızılın qiymətinə təsir göstərən vacib faktorlardan biri kimi çıxış edəcək.
Neft bazarında itkilər kəskin artmaqdadır
Enerji bazarlarına gəlincə, ekspertlər burada da volatillik və qiymət tərəddüdlərinin davam edəcəyini ehtimal edirlər. Neft bazarında əsas diqqət Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında baş verən proseslərə yönələcək. Qlobal iqtisadi artımın zəifləməsi və Körfəz regionundan kənar ölkələrin hasilatı artırması neftin kəskin bahalaşmasının qarşısını ala bilər. ən əsası isə Yaxın Şərqdə gərginliyin azalması və Hörmüz boğazının açılması neft qiymətlərində ucuzlaşmaya səbəb olacaq. Yeri gəlmişkən, Yaxın Şərqdəki münaqişə ötən dövr ərzində qlobal xam neft tədarükündə təxminən 1 milyard barel itkiyə səbəb olub. Norveçdə yerləşən “Rystad Energy” tədqiqat şirkətinin qənaətinə əsasən, fevralın 28-də münaqişə başlayandan bəri qlobal neft tədarükündə əhəmiyyətli fasilələr yaranıb. Bu dövrdə xam neft tədarükündəki ümumi itki ABŞ-ın strateji neft ehtiyatlarından təxminən 2,5 dəfə çoxdur. Münaqişədən əvvəl Körfəzdəki 6 ölkənin ümumi neft tədarükü gündəlik 24,2 milyon barel olub, hazırda isə istehsal 12,4 milyon barelə düşüb. Səudiyyə Ərəbistanında gündəlik təxminən 3,8 milyon barel tədarükə təsir ümumi fasilələrin təxminən 32 faizini təşkil edir. Buna baxmayaraq, yüksək neft qiymətləri və Şərq-Qərb Xam Neft Boru Kəməri vasitəsilə Yanbu Limanına daşımalar ölkənin ixrac gəlirlərinin mart ayında 24,6 milyard dollara çatmasına səbəb olub ki, bu da 2022-ci ildən bəri ən yüksək səviyyədir. İraqda isə cənub yataqlarının Hörmüz boğazı vasitəsilə dəniz yolu ilə ixracdan asılılığı səbəbindən gündəlik təxminən 2,8 milyon barel tədarükə təsir edib. Ölkənin ixrac gəlirləri fevral ayında 6,8 milyard dollar olub, apreldə isə 1 milyard dollaradək geriləyib. Küveytin gündəlik tədarük itkisi təxminən 2 milyon bareldir.
“Rystad Energy”in qiymətləndirmələrinə görə, ilin sonuna kimi kumulyativ təchizat itkisi, hətta, optimist ssenaridə belə 2 milyard barelə çatacağı gözlənilir. Bildirilir ki, tankerlərin yenidən yerləşdirilməsi prosesin ilk maneəsini təşkil edəcək və Hörmüz boğazı yenidən açılsa belə, normal istehsal və logistika axınlarına qayıtma prosesi 2-3 həftə gecikəcək. İtirilmiş həcmlərin təxminən 85 faizinin oktyabr ayına qədər bərpa olunacağı gözlənilir. Lakin İraq və Küveytdəki istehsal sahələrindəki məhdudiyyətlər səbəbindən tam normallaşma 2027-ci ilin yanvar ayına qədər davam edə bilər.
Dollar dominant mövqeyini davam etdirəcək
Dolların qlobal valyuta bazarında dominant mövqeyinin qoruyacağı da fərz edilir. Burada ABŞ FES-nin faiz dərəcəsi ilə bağlı verəcəyi qərar da valyuta dəyişkənliklərinə təsir göstərəcək. ABŞ dolları bir sıra əsas valyutalar qarşısında güclənməyə davam edəcək, avro isə bəzi regionlarda dəyər itirə bilər. Bu dəyişikliklərin əsas səbəbi isə mərkəzi bankların faiz siyasətlərindəki fərqli yanaşmalarla izah olunur. Analitiklərin fikrincə, valyuta məzənnələrindəki dalğalanmalar əsasən inflyasiya göstəriciləri, enerji qiymətləri və beynəlxalq ticarət balansı ilə sıx bağlıdır. Xüsusilə neft qiymətlərindəki dəyişkənlik bir çox ölkənin milli valyutasına birbaşa təsir göstərir. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrin valyutaları da xarici investisiya axınlarından ciddi şəkildə təsirlənir. Ümumilikdə, valyuta bazarındakı bu dəyişikliklər qlobal iqtisadi dinamikanın mürəkkəbliyini bir daha ortaya qoyur və gələcək dövr üçün qeyri-müəyyənlik risklərini artırır.
Qlobal borc rekord həddə yüksəlib
Maliyyə bazarlarında baş verən gərginliklər qlobal borcun rekord həddə yüksəlməsinə də təkan verib. Dünya üzrə qlobal borc 2026-cı ilin ilk dörd ayında təxminən 360 trilyon dollara yüksəlib. Nyu-York Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc edilən “Qlobal Borc Monitoru” adlı hesabatına əsasən, qlobal borcun həcmi bu dövrdə 5 trilyon dollardan çox artıb. Borc nisbətləri inkişaf etmiş bazarlarda azalma tendensiyasını davam etdirərkən, inkişaf etməkdə olan bazarlarda davamlı olaraq artıb. Bu dövrdə ən əhəmiyyətli artımlar Norveç, Küveyt, Çin, Bəhreyn və Səudiyyə Ərəbistanında qeydə alınıb.
Beynəlxalq Valyuta Fondunun və Dünya İqtisadi Forumunun hesabatlarına görə, geoiqtisadi qarşıdurmalar, geosiyasi gərginliklər və qlobal enerji bazarındakı qeyri-müəyyənliklər qlobal iqtisadi fəallığa əsas təsir göstərən risklər olaraq qalacaq. Dünyada ÜDM artımının 2,6-2,7 faiz intervalında formalaşacağı gözlənilir ki, bu da son onilliklərin orta göstəricilərindən və əvvəlki illərin dinamikasından aşağıdır. Avropa ölkələrində (Almaniya, Fransa, İtaliya) əhalinin yaşlanması və aşağı məhsuldarlıq səbəbindən artım tempinin 1 faiz ətrafında zəifləyəcəyi gözlənilir. ABŞ iqtisadiyyatının texnoloji sektor və faiz dərəcələrinin yumşaldılması hesabına sabit qalacağı təxmin edilir. Çinin iqtisadi artımının xarici ticarət məhdudiyyətləri səbəbindən 4,5 faizə enəcəyi proqnozlaşdırılır.
Ümumilikdə, beynəlxalq institutlar 2026-cı ilin dünyada iqtisadi baxımdan çətin il olacağını proqnozlaşdırılır. Ekspertlər qiymətlərin artacağını, bazarlarda qeyri-sabitliyin davam edəcəyini və inflyasiyanın təsirinin hiss olunacağını bildirirlər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

