Günəşin zərərli şüalarından necə qorunaq?
11.06.2026 [08:54]
Saxta SPF-lərin gizli təhlükəsi...
Günəş bəşəriyyətin varlığından bəri həyatın, enerjinin və canlılığın simvolu hesab olunur. Yer üzündə həyatın davam etməsi, bitkilərin inkişafı, ekosistemin tarazlığının qorunması və insan orqanizminin normal fəaliyyəti bilavasitə Günəşdən asılıdır. Mütəxəssislərin fikrincə, Günəş şüaları insanın fiziki sağlamlığı ilə yanaşı, psixoloji vəziyyətinə də müsbət təsir göstərərək stress və depressiya riskinin azalmasına kömək edir. Eyni zamanda, D vitamininin təbii mənbəyi olan Günəş şüalarının immun sistemini gücləndirdiyi, qan dövranını yaxşılaşdırdığı və müəyyən bakteriyalara qarşı qoruyucu təsir göstərdiyi də elmi araşdırmalarla təsdiqlənib.
Lakin bütün bu faydalarla yanaşı, Günəşin görünməyən təhlükələri də mövcuddur. Son illər iqlim dəyişikliklərinin təsiri, ozon təbəqəsinin nazilməsi və ultrabənövşəyi şüalanmanın artması nəticəsində insan sağlamlığı üçün risklər də çoxalmaqdadır. Xüsusilə yay aylarında və havaların kəskin istiləşdiyi dövrlərdə Günəş şüalarına həssas olan insanların sayı artır, onların dərisində qızartı, qaşınma, səpkilər və digər allergik reaksiyalar müşahidə olunur. Bəzən sadə narahatlıq kimi görünən bu hallar vaxtında tədbir görülmədikdə daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. Bəs Günəş allergiyası nədir, hansı əlamətlərlə özünü göstərir və bu problemdən qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır?
Məlumdur ki, isti havalarda günəş kremindən istifadə vacibdir. Ancaq bu zaman ciddi səhvlərə də yol verilir. Məsələn, keyfiyyətsiz və saxta Günəş kremlərindən istifadə bir çox fəsadlara gətirib çıxara bilər. Ona görə də orijinal kremlərdən istifadə vacibdir.
Qeyd edək ki, günəşdən qoruyucu kremlərin effektivliyi SPF faktoru ilə hesablanır. SPF günəşin zərərli ultrabənövşəyi şüalarının yaratdığı qızartıları dayandırmaq qabiliyyətinə görə hesablanır. SPF 4-dən 12-yə kimi minimum qorunma, SPF 12-dən 30-a kimi orta dərəcədə qorunma, 30 və yuxarı isə yüksək qorunma kimi hesablanır.
SPF kremlərin əks təsirləri
Günəş kremləri bəzən arzuolunmaz yan təsirlərə səbəb olur. Qoruyucu kremlərin tərkibindəki maddələrə qarşı allergik reaksiya yarana bilər. Klinik olaraq qoruyucu kremin tətbiq olunduğu bölgədə qızartı, qaşınma və sulanma kimi reaksiyalar görünə bilər. Xüsusilə qoruyucu tərkibdə istifadə edilən PABA allergik reaksiyaya səbəb ola bilən bir maddədir. Allergiyası olan insanlar günəşdən qoruyucu seçərkən hipoalerjenik etiketli məhsulları seçməlidirlər. İnsanın dəri tipinə uyğun məhsul seçmək çox vacibdir.
Günəşdən qoruyucu kremlər gözlərlə təmasda olduqda göz ağrısı və qıcıqlanma, işığa qarşı həssaslığa səbəb ola bilər. Odur ki, qoruyucuların gözlərlə təmasının qarşısı alınmalı, təmasda olduqda gözlər dərhal bol su ilə yuyulmalı və həkimə müraciət edilməlidir.
Kremi seçərkən nələrə diqqət edilməlidir?
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən kosmetoloq-həkim Nərgiz Zeynalovanın sözlərinə görə, Günəşdən qoruyucu vasitə dözümlü, toksik olmayan, fotosabit olmalı, dəridə yanmaya səbəb olmamalıdır, suya və tərə davamlı olmalıdır. Kosmetoloq qeyd edib ki, istifadə müddəti bitmiş Günəş kremi dəri üçün çox təhlükəli ola bilər: “İsti mühitlərdə günəşdən qoruyucu kremlər daha qısa müddətdə təsirini itirir. Günəşdən qoruyucu vasitələr - losyonlar, kremlər, gellər, məlhəmlər, mum çubuqları və spreylər şəklində mövcuddur. İnsanlar dəri tiplərinə uyğun Günəş kreminə üstünlük verməlidirlər. Kremlər quru dərilər üçün, gellər baş dərisi və ya tüklü bölgələr üçün, çubuqlar göz ətrafında istifadə üçün uyğundur”.
SPF kremlərin düzgün istifadəsi
N.Zeynalovanın sözlərinə görə, Günəşdən qorunmaqla bağlı insanların səhv bildiyi məlumatlar var: “SPF kremlərini ancaq çölə çıxanda vura bilərəm” ifadəsi yanlışdır. Günəşdən qoruyucu məhsulları çöldə deyil, günəşə çıxmadan təxminən 30 dəqiqə əvvəl evdə çəkmək lazımdır. Çünki günəşdən qoruyucu məhsullar ancaq bu müddətdə dəridən sorularaq effektli olur. Kremləri dəriyə elə çəkmək lazımdır ki, bütün dərini əhatə etsin”.
Hər iki saatdan bir...
Kremi gün ərzində yalnız bir dəfə çəkməyin düzgün olmadığını vurğulayan kosmetoloq bildirib ki, SPF-ləri gündə bir dəfə istifadə etmək effektli olmaz: “Bu səbəbdən yayda kremi dəriyə hər iki saatdan bir çəkmək məsləhətdir. Dənizə və ya hovuza gedəndə isə bunu daha tez-tez etmək lazımdır. Daha yüksək dərəcəli kremlər istifadə etmək məsləhətlidir. Ona görə də SPF-in dərəcəsinə xüsusi diqqət etmək lazımdır. İnsanlar adətən qoruyucu kremlər alarkən tərkibinə elə də ciddi fikir vermirlər. Sadəcə, SPF sözünü görüb kifayətlənirlər. Ola bilər ki, nəmləndirici kremin tərkibində SPF olsun. Təbii ki, o krem gündən qorunmaq üçün köməkçi vasitə deyil. Ona görə də üzərində “gündən qoruyucu” sözləri yazılmış kremlərdən istifadə etmək lazımdır. Azərbaycan ərazisində SPF dərəcəsi 50-dən çox olan kremlər daha yaxşı hesab edilir. Ən azı, SPF 30 olmalıdır. Bir faktı da qeyd edim ki, hər 2 saatda bir çəkilən 30 dərəcəli krem yalnız bir dəfə sürtülən 100 dərəcəli SPF-dən daha təsirlidir”.
Saxta kremlər...
Kosmetoloq həmçinin saxta Günəş kremlərinin dəriyə ziyanları barədə danışıb: “Təəssüf ki, bəzən insanlar qiyməti daha ucuz olan məhsullara üstünlük verirlər. Lakin ucuz və keyfiyyətsiz Günəş kremlərinin dəridə müxtəlif xəstəliklər yarada biləcəyinin fərqində deyillər. Hətta belə kremlər dəri xərçənginə səbəb ola bilər”.
Məhsulun orijinal olduğunu necə bilək?
N.Zeynalovanın sözlərinə görə, yadda saxlamaq lazımdır ki, orijinal və keyfiyyətli məhsullar, həmçinin Günəş kremləri heç vaxt aşağı qiymətə satıla bilməz: “Axı heç bir mağaza öz ziyanına işləməz. Saxta malın qiyməti çox ucuz olur. Odur ki, şübhəli satış nöqtələrindən məhsullar almaq məsləhət deyil. Təəssüf ki, saxta mallara hətta sanballı mağazalarda da təsadüf etmək olar. Ona görə də məhsulu almazdan əvvəl brendlərin rəsmi saytına daxil olub, sertifikatlaşdırılmış satış nöqtələrinin yerini öyrənmək lazımdır. Alıcılar ən yaxşı çıxış yolu kimi mağazadan aldığı məhsulların sertifikatını tələb edə bilər. Vicdanlı satıcı heç bir problem olmadan həmin sertifikatı təqdim edəcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

