“Airbus”lə birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib
10.06.2026 [20:33]
Avropanın gələcəyin döyüş təyyarəsini yaratmağı hədəfləyən SCAF (Gələcəyin Hava Döyüş Sistemi) layihəsinin rəsmi olaraq dayandırılmasından dərhal sonra Almaniyada yeni hərbi aviasiya təşəbbüsü gündəmə gəlib. “Airbus” da daxil olmaqla səkkiz şirkət Berlində hakimiyyətə altıncı nəsil döyüş təyyarəsinin hazırlanmasını nəzərdə tutan yeni layihə təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Team Gen 6” adlı sənaye konsorsiumu Almaniyanın müdafiə naziri Boris Pistoriusa altıncı nəsil qırıcı təyyarənin hazırlanması ilə bağlı rəsmi təklif göndərib.
Məlumatı təsdiqləyən tərəflərdən biri Almaniyanın radar və sensor texnologiyaları istehsalçısı “Hensoldt” şirkəti olub. Yeni layihədə “Dassault Aviation” iştirak etmir.
“Financial Times”ın yazdığına görə, “Team Gen 6” aşağıdakı şirkətləri birləşdirir: “Airbus Defence and Space”, Fransanın raket sistemləri istehsalçısı MBDA, Almaniyanın “Hensoldt” şirkəti, “Rohde & Schwarz” elektron texnologiyalar qrupu, “MTU Aero Engines” mühərrik istehsalçısı, “Liebherr”, “Autoflug”, “Diehl Defence”.
Şirkətlərin əksəriyyəti məsələ ilə bağlı şərh verməkdən imtina etsə də, layihənin rəsmi təqdimatının iyunun 11-də Berlində keçiriləcək ILA Beynəlxalq Aerokosmik Sərgisində elan ediləcəyi gözlənilir.
Almaniyanın müdafiə naziri Boris Pistorius bir müddət əvvəl ölkəsinin yeni nəsil döyüş təyyarəsinin hazırlanması üçün alternativ tərəfdaşlar axtardığını açıqlamışdı. Onun sözlərinə görə, Berlin artıq bir neçə aydır müxtəlif sənaye tərəfdaşları ilə bu istiqamətdə danışıqlar aparır.Hazırda “Airbus” Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya ilə birlikdə “Eurofighter Typhoon” qırıcılarının istehsalında iştirak edir. Lakin bu təyyarələrin gələcəkdə yeni nəsil platforma ilə əvəz olunması nəzərdə tutulur. Məhz buna görə Almaniya və “Airbus” yeni layihənin mümkün qədər tez həyata keçirilməsinin vacibliyini vurğulayırlar. Bu baxımdan Berlinin yanaşması Fransa və “Dassault”un “Rafale” proqramı ilə bağlı daha müstəqil strategiyasından fərqlənir.
SCAF layihəsinin bağlanması Avropa müdafiə sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İndi əsas sual Almaniyanın rəhbərlik edəcəyi yeni təşəbbüsün Avropanın gələcək hava qüvvələrinin formalaşmasında hansı rolu oynayacağıdır.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31

