15 İyun: Xaosdan sabitliyə aparan tarixi yol
11.06.2026 [14:57]
15 İyun – Milli Qurtuluş Günü sadəcə təqvimdə qeyd olunan bayram deyil, xalqımızın taleyində dönüş yaratmış, müstəqil dövlətçiliyimizin qorunması üçün yeni mərhələ açmış tarixi hadisədir. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı ölkədə dərinləşən ictimai-siyasi böhranın aradan qaldırılması, dövlət müstəqilliyinin qorunması və idarəçilik sistemində sabitliyin bərpası baxımından dönüş nöqtəsi olmuşdur. Həmin gün Heydər Əliyevin Binə hava limanında geniş xalq kütləsi tərəfindən böyük ümid və inamla qarşılanması cəmiyyətin xilaskar liderə olan etimadının bariz ifadəsi idi. Məhz bu qayıdış milli həmrəyliyin möhkəmlənməsinə və sabitliyə aparan siyasi prosesin başlanmasına zəmin yaratdı.
1991-1993-cü illər Azərbaycan Respublikasının müstəqil dövlətçilik tarixində mürəkkəb siyasi sınaqlar və ciddi idarəçilik böhranı ilə səciyyələnən dövr kimi yadda qalmışdır. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə dövlət idarəçiliyinin zəifləməsi, siyasi pərakəndəlik və sosial-iqtisadi problemlərin dərinləşməsi milli təhlükəsizlik baxımından ciddi təhdidlər yaratmışdı. Xüsusilə 1993-cü ilin may-iyun aylarında Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə gərgin xarakter almış, iqtisadi tənəzzül, sosial çətinliklər, nizami ordunun zəifləməsi və daxili qarşıdurmalar fonunda ölkə faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Mövcud vəziyyət həm cəmiyyət daxilində, həm də kütləvi informasiya vasitələrində hakimiyyətə qarşı ciddi narazılıq və sərt tənqidlərin artmasına səbəb olurdu.
Ölkədə dərinləşən ictimai-siyasi böhran və idarəolunmaz vəziyyət fonunda Azərbaycan xalqı çıxış yolunu məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. Cəmiyyətin müxtəlif təbəqələri tərəfindən edilən çoxsaylı çağırışlar nəticəsində 1993-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi. Bu qayıdış təkcə siyasi hadisə deyil, eyni zamanda Azərbaycanın dövlətçilik tarixində taleyüklü dönüş nöqtəsi kimi qiymətləndirilirdi.
1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev dövlət idarəçiliyində uzunmüddətli boşluq və qeyri-müəyyənlik şəraitində formalaşmış siyasi böhranın aradan qaldırılması istiqamətində mühüm addım atmışdır. Həmin gün ölkənin siyasi həyatında dönüş mərhələsi kimi dəyərləndirilmiş və sonradan Milli Qurtuluş Günü olaraq dövlət səviyyəsində rəsmiləşdirilmişdir.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda ictimai-siyasi sabitliyin mərhələli şəkildə bərpası prosesi başlamışdır. Onun həyata keçirdiyi qətiyyətli və ardıcıl siyasət nəticəsində ölkənin parçalanma təhlükəsi aradan qaldırılmış, dövlət idarəetmə sistemi vahid və mərkəzləşdirilmiş fəaliyyət mexanizminə keçmişdir. Daxili qarşıdurmaların qan tökülmədən dayandırılması dövlətçilik tarixində mühüm nailiyyət kimi qiymətləndirilir.
Sabitliyin təmin olunması dövlət institutlarının yenidən formalaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi və ordu quruculuğunun sistemli şəkildə təşkili üçün əlverişli zəmin yaratmışdır. Bu mərhələdən etibarən Azərbaycan dövlət müstəqilliyini formal deyil, real siyasi-iqtisadi məzmunla möhkəmləndirməyə başlamışdır.
Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyəti müasir mərhələdə də öz aktuallığını qorumaqdadır. Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, ərazi bütövlüyümüzün bərpasına və qalib dövlət kimi tanınmasına yol açdı. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər də güclü dövlətçilik ənənəsinin, ardıcıl siyasətin, xalqın birliyinin və milli iradənin nəticəsi kimi dəyərləndirilir.
Tarixi təcrübə göstərir ki, mürəkkəb və taleyüklü məqamlarda düzgün siyasi seçimlər edən xalq gələcək nəsillər üçün möhkəm dövlətçilik təməli formalaşdırır. Bu baxımdan 15 İyun təkcə keçmişin xatirəsi deyil, həm də müasir dövlətçilik şüurunun və milli məsuliyyətin ifadəsidir. Azərbaycanın inkişaf yolu bir daha sübut edir ki, dövlətin taleyi xalq birliyi, güclü liderlik və siyasi müdriklik üzərində qərarlaşır.
Bu gün Ümummilli lider Heydər Əliyevin xatirəsi xalq tərəfindən dərin ehtiramla anılır, Milli Qurtuluş Günü isə Azərbaycan cəmiyyətinin yaddaşında qürur, birlik və dövlətçilik şüurunun rəmzi kimi qeyd olunur. Eyni zamanda bu tarix, ölkənin müstəqillik yolunda keçdiyi çətin mərhələlərin dərk edilməsinə və milli həmrəyliyin strateji əhəmiyyətinin bir daha təsdiqlənməsinə xidmət edir.
Ceyhun Hüseynov,
YAP Nəsimi rayon təşkilatı Süleyman Rüstəm küçəsi 31 üzrə Ərazi Partiya Təşkilatının sədri, Mənzil İnşaatı Dövlət Agentliyi idarə heyətinin sədrinin müşaviri
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

