/ / Milli Dövlətçiliyin Xilas Fəlsəfəsi: 15 İyun – Böyük Qayıdışın və Davamlı Tərəqqinin Tarixi Təməli
Milli Dövlətçiliyin Xilas Fəlsəfəsi: 15 İyun – Böyük Qayıdışın və Davamlı Tərəqqinin Tarixi Təməli
11.06.2026 [12:01]
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə dönüş nöqtələri var ki, onlar sadəcə təqvim dəyişikliyi deyil, bir millətin varolma, intibah və yenidən doğulma dastanıdır. 1993-cü ilin 15 iyun günü — Milli Qurtuluş Günü məhz belə bir tarixi milad, ölkəmizi uçurumun kənarından alan, dövlətimizin müqəddəratını kökündən dəyişən xilaskarlıq missiyasının rəsmi başlanğıcıdır. Biz təşkilat olaraq fəaliyyətimizin hər bir mərhələsində, rayonumuzun sakinləri və gənclərimizlə keçirdiyimiz hər bir görüşdə bu müqəddəs tarixin doğurduğu reallıqları, daxili sabitliyin dövlətçilik üçün nə dərəcədə böyük nemət olduğunu qürur hissi ilə təhlil edir, gələcək fəaliyyət hədəflərimizi məhz bu möhkəm təməl üzərində qururuq. Həmin dövrdə ölkə daxilində tüğyan edən xaos, daxili və xarici bədxahların çirkin planları, idarəolunmaz proseslər xalqımızın ümidsizliyini son həddə çatdırmışdı. Xüsusilə 1993-cü ilin iyununda Gəncədə baş verən və qardaş qırğınına yol açan hərbi qiyam ölkəni faktiki olaraq vətəndaş müharibəsinin astanasına gətirmişdi. Eyni zamanda, mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən bəzi xəyanətkar qüvvələrin cənub bölgəmizdə qondarma "Talış-Muğan Respublikası" elan etmək bəhanəsi ilə separatizm avantürasına əl atması müstəqilliyimizi parçalanmaq və tamamilə yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır, fəlakətli və milli faciəyə çevrilən geosiyasi şəraitdə xalqın səsini eşidib onun təkidli çağırışı ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev həm Gəncədəki gərginliyi canını təhlükəyə ataraq yerindəcə yatırdı və böyük fədakarlıqla qardaş qırğınının qarşısını aldı, həm də cənubda baş qaldıran regional separatizm cəhdlərini sarsılmaz dövlətçilik iradəsi və xalqın dəstəyi ilə birdəfəlik darmadağın etdi. Qurtuluş fəlsəfəsi bizə əyani şəkildə sübut etdi ki, güclü lider, milli birlik və sarsılmaz iradə olmadan daxili sabitliyi bərqərar etmək və dövlət müstəqilliyini qorumaq qeyri-mümkündür.
Ulu Öndərin müdrik, uzaqgörən daxili və xarici siyasəti qısa müddətdə ölkədə qanunun aliliyini bərqərar etdi, pərakəndəliyə, silahlı anarxiyaya tamamilə son qoyaraq nizami ordu quruculuğuna rəvac verdi. Heydər Əliyev dühası Azərbaycanı beynəlxalq arenada etibarlı, dayanıqlı və şəffaf tərəfdaşa çevirən nəhəng enerji müqavilələrinin, o cümlədən "Əsrin Müqaviləsi"nin təməlini qoymaqla ölkənin iqtisadi müstəqilliyini sığortaladı. 15 iyun sadəcə ölkəni xaotik bir vəziyyətdən və parçalanma bəlasından çıxarmadı, həm də dövlətin gələcək onilliklər üçün uğurlu inkişaf modelini, iqtisadi və siyasi suverenliyinin sarsılmaz strateji xəttini formalaşdırdı. Bu daxili sabitlik və milli həmrəylik mühiti bu gün Azərbaycana heç bir kənar təsirdən, siyasi təzyiqlərdən və maliyyə asılılığından qorxmadan, qlobal miqyasda öz milli maraqlarına uyğun tam müstəqil qərarlar qəbul etmək gücü və cəsarəti verir. Dahi rəhbərin uzaqgörənliklə əkdiyi müstəqillik toxumları, bu gün ölkəmizin hər bir guşəsində, rayon və şəhərlərimizdə formalaşan güclü idarəçilik sisteminin, makroiqtisadi dayanıqlılığın və milli intibahın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.
Bu tarixi xilaskarlıq missiyasının ən böyük, məntiqi və möhtəşəm davamı isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi, analoqu olmayan Zəfərimiz oldu. Qurtuluş Gününün formalaşdırdığı yenilməz milli ruh, güclü iqtisadi potensial və rəşadətli ordu quruculuğu sayəsində otuz illik işğala son qoyulması və torpaqlarımızın tam azad edilməsi Azərbaycanın müstəqillik tarixini özünün ən uca zirvəsinə daşıdı. Bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda sürətlə aparılan nəhəng quruculuq işləri, müasir infrastruktur layihələri, beynəlxalq hava limanları və Böyük Qayıdış prosesi məhz 1993-cü ildə qoyulmuş o fundamental qurtuluş təməlinin, Heydər Əliyev strategiyasının birbaşa və parlaq nəticəsidir. Azərbaycan artıq təkcə öz sərhədlərində daxili və xarici təhlükəsizliyi təmin edən qüdrətli dövlət deyil, Avrasiya məkanında qlobal enerji marşrutlarını tənzimləyən, qitələrarası təhlükəsiz tranzit qovşaqları yaradan və irimiqyaslı yaşıl enerji layihələri ilə dünyanın gələk ekoloji xəritəsini formalaşdıran regional və beynəlxalq liderdir. Biz fəaliyyətimizdə bu böyük dövlətçilik irsinə hər zaman sadiq qalarq, dövlətimizin qüdrətlənməsi və milli maraqlarımızın qorunması naminə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün strateji hədəflərə və dövlət proqramlarına fəal dəstək verməyi özümüzə ən ali, müqəddəs vəzifə hesab edirik.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19

