Bütün xərc hədəfləri yerinə yetirilib
11.06.2026 [11:25]
2025-ci il dövlət büdcəsinin icrasına dair qanun layihəsi ölkənin strateji sənədlərinə tam uyğundur
İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Qanun layihəsi və büdcənin icrasına dair hesabat qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və Hesablama Palatası tərəfindən hazırlanmış müvafiq rəy əsasında Milli Məclisə daxil olub. Hesablama Palatasının rəyinə əsasən, büdcə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb, büdcənin icrası büdcə parametrlərinə, ölkənin strateji sənədlərinə uyğunluğu barədə ali audit orqanının mövqeyinə uyğundur. Təqdimatdan da görünür ki, ÜDM-in, o cümlədən neft-qaz və qeyri-neft qaz sahələri üzrə ÜDM-in proqnoz və fakt məbləğləri demək olar ki, üst-üstə düşüb. ÜDM məbləğinin proqnozdan kənarlaşmasına səbəb olan ənənəvi neft qiyməti amili hesabat ili üçün aktual olmayıb, bu göstərici üzrə proqnoz və fakt qiymətləri cüzi fərqlənib.
Gəlirlər 39,2 milyard manat, xərclər 38,6 milyard manat...
2025-ci ildə həyata keçirilən büdcə siyasətinin əsas istiqamətləri iqtisadi artımın davam etdirilməsi, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların, innovativ tətbiqlərin genişləndirilməsi, makroiqtisadi sabitliyin, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi və digər xərc təminatlarının yaradılması ilə bağlı olub ki, yürüdülən xərc siyasəti həmin prioritetlərin reallaşmasına imkan yaradıb.
2025-ci ilin dövlət büdcəsi layihəsi dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal alətlər, həmçinin “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq, ictimaiyyətə açıqlıq metodologiyası və şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb və icra edilib.
Ötən il icmal büdcənin gəlirləri 48 milyard manat, icmal büdcə xərcləri isə 44,7 milyard manat olub. Dövlət büdcəsi gəlirləri 39,2 milyard manat, xərcləri isə 38,6 milyard manat, büdcə profisiti 580 milyon manat təşkil edib. Ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 faizə çatıb ki, bu da 2024-cü illə müqayisədə 2,8 faiz bənd çoxdur. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb, qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla, xüsusi üstünlük təşkil edib. Yeri gəlmişkən, büdcə sənədində neft-qaz amilinin təsirinin azaldılması, xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması qarşıda duran əsas hədəflərdən biri kimi müəyyən edilib və bu prinsipə əməl edilib. Ötən il tətbiq edilən büdcə qaydası çərçivəsində ortamüddətli dövr ərzində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması istiqamətində müvafiq addımlar atılıb. Bu, dövlət büdcəsinin makroiqtisadi, fiskal çərçivələrinin sağlamlaşması baxımından önəmli amildir və ortamüddətli xərclər çərçivəsində 2029-cu ildə həmin göstəricinin minimallaşdırılması hədəf seçilib.
Müdafiə və təhlükəsizlik sahələrinə 8,1 milyard manat xərclənib
2025-ci ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Bu istiqamətə 2025-ci ildə 8,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin təqribən 21 faizi yönəldilib. 2024-cü illə müqayisədə ötən il bu istiqamətə 1,5 milyard manat daha çox vəsait yönəldilib. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub.
Büdcənin icrasının əsas məqamlarından biri cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətidir ki, bu rəqəm ötən il daha da artaraq 92 faizə çatıb. 2029-cu ilə hədəf bu rəqəmi 100 faizə çatdırmaqdır. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7 faizə çatıb.
Ötən il büdcənin regional təsnifatında da müsbət meyillər qeydə alınıb. Büdcə gəlirlərinin artması yerli gəlirlər hesabına rayon və şəhərlərin büdcə xərclərindən asılılığını azaldıb. Naxçıvana dotasiya proqnoza nisbətdə 55 milyon manat az olaraq 160 milyon manat məbləğində icra olunub. Dotasiyadan asılılıq rayonlarımızda azalıb və cəmi 4 rayona 1,5 milyon manat məbləğində dotasiya verilib.
Büdcənin 40 faizi sosialyönümlü xərclərə yönəldilib
2025-ci ilin büdcə zərfi Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Ötən il büdcə xərclərinin 15,3 milyard manatı və ya büdcənin ümumi resurslarının 40 faizi sosialyönümlü xərclərə yönəldilib. 2024-cü illə müqayisə etsək, bu rəqəm 602 milyon manat daha çoxdur. Ümumiyyətlə, son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb.
2025-ci ildə maliyyə sahəsində həyata keçirilən islahatlara gəlincə, dövlət maliyyəsinin səmərəli idarə edilməsi ilə bağlı tədbirlər, Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin təşkili, dövlət xəzinədarlığının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrinin gəlir və xərc smetalarının təhlili və dividend siyasətinin müəyyən edilməsi, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılması, müxtəlif büdcə xərclərinə dair normativlərin təkmilləşdirilməsi ilə bağlı görülən əhatəli işlər görülüb. Bununla yanaşı, 2025-ci ildə büdcə vəsaitlərinin uçotunun və xərclərin təyinatı üzrə izlənilməsinin təkmilləşdirilməsi istiqamətində qanunvericilikdə mühüm dəyişikliklər aparılıb. Habelə xalis mənfəətin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair qaydalar təsdiq edilib, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının təhlili prosesinə başlanılıb. Bu amil də büdcə şəffaflığı və fiskal intizamının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, büdcənin icrasına dair rəydən və arayışdan da aydın olur ki, 2025-ci ilin büdcə xərcləri səmərəli, ünvanlı və ehtiyaclara uyğun icra edilib. Ötən il ölkəmizin ali maliyyə sənədi nəzərdə tutulan bütün hədəflərin reallaşması ilə yadda qalıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

