Türk dövlətlərinin bank-maliyyə hədəfləri
11.06.2026 [10:13]
Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” sammitində ortaq maliyyə baxışı nümayiş etdirilib
Bakıda Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan Maliyyəçilər Assosiasiyası və digər bank qurumlarının dəstəyi ilə “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” sammiti işinə başlayıb. Bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, beynəlxalq ekspertləri, investorları və beynəlxalq maliyyə institutlarını bir araya gətirən ikigünlük sammit çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər müzakirə olunur.
Tədbir çərçivəsində iştirakçılar regional inteqrasiya və beynəlxalq əməkdaşlıq; bankçılıqda rəqəmsal transformasiya, ödəniş və hesablaşma sistemləri; açıq bankçılıq və API ekosistemləri, süni intellektlə idarə olunan maliyyə və avtomatlaşdırma, kibertəhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması, alternativ bankçılıq, dayanıqlı və yaşıl maliyyə təchizatı, investisiya imkanlarınnı artırılması, insan kapitalı, bacarıqlar və maliyyə savadlılığı mövzularında fikir mübadiləsi aparılıb.
Bank sistemində rəqəmsallaşma genişlənir
Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Bakı sammitinin regional xarakterli tədbir kimi əhəmiyyətinə toxunaraq müzakirə olunacaq prioritet istiqamətlərin hər birinin Türk dövlətlərinin maliyyə sektorunda əməkdaşlığın güclənməsinə təkan verəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, birgə tərəfdaşlıqda Mərkəzi bankların rolu böyükdür, bank sistemində şəffaflıq və effektiv kommunikasiya isə daha sıx inteqrasiyanı təmn edir. Bank sistemində rəqəmsallaşmanın genişlənməsinə diqqət çəkən V.Xəlilov müştərilərin ödəniş seqmentlərindən geniş istifadəsinin artmasını müsbət amillərdən biri kimi dəyərləndirib. Belə ki, təkcə cari ilin may ayında Milli Ödənişlər Sistemi arxitekturasında mühüm yer tutan Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb. Hazırda Ani Ödənişlər Sisteminin inkişafı istiqamətində mühüm işlər görülür və sistemin əhatə dairəsi davamlı olaraq genişləndirilir. Bu isə qarşıdakı dövrdə bu göstəricinin daha da artmasına imkan verəcək. Digər ödəmə üsulu olan “Az-QR”in də hazırda bazarda payında dinamika müşahidə edilir, ən aşağı xərcli ödəniş vasitələrindən biri olan bu seqment xüsusilə də təsərrüfat subyektlərinin əməliyyat xərclərinin azalmasına imkan yaradır. Həyata keçirilən bütün tədbirlər məhz xərc çağırışlarının aradan qaldırılmasına xidmət edir. Dünyada rəqəmsallaşma səviyyəsi artdıqca bu istiqamətdə təşəbbüslərin sayı da çoxalır.
Azərbaycanın regional rəqəmsal haba çevrilməsi nəzərdə tutulur
Bank sektorunda müasir İKT alətlərinin tətbiqindən bəhs edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, həmin hədəflər 2026-2030-cu illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planında da öz əksini tapıb. Strategiya çərçivəsində ölkənin İKT sektorunun həcminin hazırkı 2,5 milyard dollardan iki dəfə artırılması və Azərbaycanın regional rəqəmsal haba çevrilməsi nəzərdə tutulur. Proqramın əsas istiqamətləri rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt, innovasiyalar və kibertəhlükəsizlik sahələrinin inkişafıdır. Bu prosesdə “mygov” platforması əsas rəqəmsal infrastruktur rolunu oynayacaq. Hazırda bu platforma ən aktiv inteqrasiyanı təmin edir və son bir ildə “mygov” platformasının istifadəçi bazası təxminən üç dəfə artaraq 1,7 milyonu keçib, təqdim olunan xidmətlərin sayı 11 dəfə artıb. Müəyyən edilmiş hədəfə uyğun olaraq yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması, startapların, vençur fondlarının və texnoparkların inkişafını dəstəkləyən yeni mexanizmlərin tətbiqi planlaşdırılır.
Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün imkanlar genişdir
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, rəqəmsal transformasiyanın sürətlənməsi və ödəniş ekosistemində müşahidə edilən inkişaf tendensiyaları Türk dövlətlərinin maliyyə bazarları arasında qarşılıqlı inteqrasiya üçün əlverişli imkanlar yaradır. Qabaqcıl regionların təcrübəsi göstərir ki, rəqəmsal ödəniş sistemləri artıq uzun müddətdir şaxələnmiş inteqrasiya modelləri əsasında fəaliyyət göstərir. Bu baxımdan, Avropa İttifaqında SEPA və TARGET2 kimi ödəniş sistemləri, eləcə də ASEAN ölkələri - Tailand, Sinqapur, Malayziya, İndoneziya və Kamboca arasında rəqəmsal ödəniş ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər xüsusi diqqət çəkir.
ABA sədrinin sözlərinə görə, Türk dövlətlərində rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində atılan uğurlu addımlar, o cümlədən ödəniş xidmətləri və ödəniş sistemləri üzrə tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi, rəqəmsal banklar haqqında qanunvericiliyin qəbul edilməsi, kriptovalyuta sahəsində hüquqi bazanın formalaşdırılması, ani ödəniş sistemlərinin tətbiqi və innovativ həllərin genişləndirilməsi - qarşılıqlı inteqrasiya əlaqələrinin daha da dərinləşməsi üçün mühüm zəmin yaradır. Bütün bunlarla bərabər, maliyyə bazarları sahəsində Türk dövlətləri arasında qarşılıqlı inteqrasiyanın gücləndirilməsi məqsədilə oxşar infrastruktur komponentləri, o cümlədən Ani Ödəniş Sistemləri üzrə vahid yanaşmaların tətbiqi vacibdir. Eyni zamanda, innovativ həllərin və texnologiyaların maliyyə bazarlarına daha çevik və effektiv şəkildə inteqrasiyası üçün tənzimləyici “sandbox” rejimində iştirak edən təşkilatların qarşılıqlı tanınması təcrübəsinin tətbiqi məqsədəuyğundur. Regional səviyyədə infrastruktur komponentləri üzrə qarşılıqlı uyğunlaşmanın təmin edilməsi məqsədilə Mərkəzi bankların, eləcə də sahə üzrə aparıcı ekspertlərin iştirakı ilə birgə işçi qruplarının yaradılması vacibdir.
TDT-nin bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb. Hazırda TDT ölkələrinin ümumi daxili məhsulu 2,1 trilyon dolları ötür ki, bu da dünya iqtisadiyyatının təxminən 3 faizini təşkil edir. Ötən il TDT-yə üzv ölkələr üzrə orta iqtisadi artım tempi 6 faizdən yüksək olub. Ən yüksək artım Qırğızıstanda qeydə alınıb və bu göstərici 11 faizi ötüb. Özbəkistanda iqtisadi artım 7 faizdən, Qazaxıstanda isə 5 faizdən çox olub. TDT ölkələrinin bank aktivləri dünya bank aktivlərinin cəmi 0,8 faizini təşkil edir.
Ötən il TDT ölkələri üzrə ümumi yığımın həcmi 670 milyard dollara çatıb. Bu göstərici dünya üzrə ümumi yığımın 2,3 faizinə bərabərdir. Yığım həcmi ilə bank aktivləri arasındakı fərq maliyyə resurslarının bank sektoruna cəlb olunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi üçün əlavə imkanların mövcudluğunu göstərir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatında maliyyə bazarlarının inkişafı və bank sektorunun genişlənməsi üçün əhəmiyyətli potensial formalaşıb. Özbəkistanın bank aktivləri 28,5 milyard dollar məbləğində qiymətləndirilir. TDT-də bundan sonrakı bank sektorunun inkişafı ilə bağlı requlyativ tənzimləmə və hüquqi məsələlər öz həllini tapmalıdır. Digər məsələlər - texnologiyalar, insan kapitalının inkişafı, bank-maliyyə mədəniyyətinin inkişafı ilə bağlıdır.
Kibertəhlükəsizlik sahəsində əməkdaşlıq güclənir
Türk dövlətləri arasında rəqəmsal bankçılıq və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndiyini bildirən Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakırın sözlərinə görə, Türk dövlətləri sahib olduğu güclü texniki bilik bazası, yüksək səviyyədə yetişmiş insan resursları və inkişaf etmiş maliyyə infrastrukturu ödəniş sistemləri sahəsində daha sıx əməkdaşlıqların qurulması üçün mühüm imkanlar yaradır. Bu istiqamətdə atılacaq birgə addımlar yalnız maliyyə inteqrasiyasını deyil, həm də regionun texnoloji səriştəsini və qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Bu baxımdan yeni bank çağırışları kibertəhlükəsizlik risklərini də əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən bankların kibertəhdidlərə qarşı güclü və sistemli tədbirlər görməsi xüsusi önəm daşıyır. Regional səviyyədə kibertəhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, təhdid kəşfiyyatının paylaşılması və ortaq müdafiə mexanizmlərinin yaradılması bank sektorunun dayanıqlılığına ciddi töhfə verə bilər. Eyni zamanda, tənzimləyici uyğunluq və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində standartların yaxınlaşdırılması da regional inteqrasiyanın əsas istiqamətlərindən biridir.
Digər çıxış edən bank icmasının nümayəndələri vurğulayıb ki, sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksəksəviyyəli platformaya çevriləcək.
Qeyd edək ki, “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” tədbiri çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.
Ümumilikdə, Bakı sammiti Türk dövlətlərinin bank və maliyyə institutlarının hədəflərini reallaşdırmaq, regional əməkdaşlığı və ödəniş sistemlərinin inteqrasiyasını möhkəmləndirmək, ortaq maliyyə baxışını formalaşdırılmaq baxımından faydalı stimullar verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

